Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
341

T Ə K Z İ B

Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir.

29 yanvar 2022    09:23
314

ATƏT PA-nın Büro iclasında

Yanvarın 24-də ATƏT PA-nın video formatda Büro iclası keçirilib. İclasda Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.

25 yanvar 2022    17:05
288

Deputatımız İƏT PA-nın tədbirində iştirak edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) işçi qrupunun iclasında iştirak etmək üçün yanvarın 24-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə səfər edəcək.

22 yanvar 2022    10:56
298

Azərbaycan-Malayziya əlaqələri inkişaf edir

Yanvarın 21-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

21 yanvar 2022    15:13
437

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanatı

Məlum olduğu kimi, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilmişdir.

19 yanvar 2022    14:42
507

Deputat Müşfiq Məmmədli şəhidlərin barelyefinin açılış mərasimində iştirak edib

Milli Məclisin deputatı Müşfiq Məmmədli yanvarın 15-də Sumqayıt şəhərində 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Ülvü Hüseynov və leytenant Ülvü Məhərrəmovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış barelyefin açılış mərasimində iştirak edib.

18 yanvar 2022    16:52
352

Monteneqro parlamentinin sədri Azərbaycana səfərə gəlib

Yanvarın 16-da Monteneqro parlamentinin sədri Aleksa Beçiç ölkəmizə rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Hava limanında qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.

16 yanvar 2022    22:59
357

Milli Məclisin sədr müavini şəhid bulağının açılış mərasimində iştirak edib

Yanvarın 15-də Xırdalan şəhərində şəhid polkovnik-leytenant Telman Miriyevin əziz xatirəsinə həsr edilmiş bulağın açılış mərasimi keçirilib. Mərasimdə Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

16 yanvar 2022    16:40
481

Deputat Cavid Osmanov qazi və şəhid ailələri ilə görüşüb

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Ağdaş şəhərində yaşayan Vətən müharibəsində yaralanaraq ayağını itirən qazi İsayev Ayxan İlqar oğlu və onun ailə üzvləri ilə görüşüb.

12 yanvar 2022    11:12
525

MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ

KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, yanvar ayının 25-dək Milli Məclisin 2022-ci il yaz sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanının rəhbərinin adından akkreditasiyadan keçməli olan əməkdaşların adlarını göstərməklə məktublarınızı Milli Məclisin office@meclis.gov.az e-poçtuna göndərməyinizi və ya Parlamentin poçt qutusuna atmağınızı xahiş edirik.

08 yanvar 2022    13:01
507

Deputat Naqif Həmzəyev Gəncədə şəhid məzarlarını ziyarət edib

Gəncədə Vətən müharibəsi şəhidi Məmmədov Oqtay Namiq oğlunun doğum günü qeyd edilib. Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təmsilçiləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Məmmədov Oqtay Namiq oğlunun məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

06 yanvar 2022    12:16
366

Deputat Cavid Osmanov Ağdaşda Vətən müharibəsi qaziləri ilə görüşüb

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Ağdaş rayonunun Pirkəkə kəndində yaşayan Vətən müharibəsi qazisi Osmanov Təhmasib Vasif oğlu və onun ailə üzvləri ilə görüşüb. Görüşdə qazilər Əliyarov Mürşüd Sənvər oğlu və İsayev Ayxan İlqar oğlu da iştirak ediblər.

05 yanvar 2022    15:16
399

Sağlamlıq imkanları məhdud yüzədək qazi müasir əlil arabaları ilə təmin edilib

Yanvarın 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, deputatlar Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın, Vüqar İskəndərovun, Əziz Ələkbərlinin, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun, ilahiyyatçı alim Hacı Şahin Həsənlinin, şəhid ailələrinin, qazilərin, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.

05 yanvar 2022    09:41
425

Deputat Jalə Əliyeva şəhid ailələri və qazilərlə görüşüb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Ucar və Zərdab rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb.

30 dekabr 2021    16:29
374

Gəncədə şəhid Rəhman Dilcan oğlu Bayramovun xatirəsi anılıb

Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid Rəhman Dilcan oğlu Bayramovun anım günü keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

29 dekabr 2021    11:36

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.