Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
429

Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edəcək

Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarus Respublikasının Qrodno şəhərinə səfər edəcək.

23 sentyabr 2023    12:15
374

Milli Məclisin deputatı Albaniyaya səfər edəcək

Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.

23 sentyabr 2023    12:10
658

Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasının iştirakçıları ilə ikitərəfli görüşlər olub

Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani, Kamboca nümayəndə heyətinin rəhbəri Sokun Ti və Tayland nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakulun başçılıq etdikləri nümayəndə heyətləri ilə ikitərəfli görüşlər olub.

22 sentyabr 2023    17:31
473

Parlament görüşləri

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Milli Məclisin inzibati binasında keçirilən iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər olub.

22 sentyabr 2023    12:00
393

AŞPA-nın komitə iclasında

Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.

19 sentyabr 2023    18:03
432

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcəkdir.

15 sentyabr 2023    12:09
374

AŞPA komitəsinin iclasında

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək.

15 sentyabr 2023    11:58
474

Gənc Parlamentarilərin IX Qlobal Konfransında

Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev sentyabrın 13-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər.

12 sentyabr 2023    17:15
555

Milli Məclisdə Kanada parlamentinin deputatı ilə görüş

Sentyabrın 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Kanada Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, İcmalar Palatasının deputatı Çandra Aryanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

12 sentyabr 2023    15:15
549

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar


Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

11 sentyabr 2023    12:48

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.