Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
725

Milli Məclisin deputatları Türkiyədə səfərdədirlər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Ramin Məmmədov və Anar İsgəndərovu qəbul edib.

14 dekabr 2023    12:01
515

Milli Məclisin deputatı Serbiyada seçkiləri izləyəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dekabrın 14-də ölkənin paytaxtı Belqrad şəhərinə səfər edəcək.

13 dekabr 2023    10:54
537

Gürcüstan Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dekabrın 12-də ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

12 dekabr 2023    11:26
482

Beynəlxalq forumda

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Mənəvi və hüquqi dəyərlərin qorunmasında, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda XIX Beynəlxalq Müsəlman Forumunda iştirak etmək üçün dekabrın 12-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.

11 dekabr 2023    10:16
590

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatları - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev və Nizami Səfərov “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların rolu” mövzusunda keçiriləcək IV beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

11 dekabr 2023    10:05
709

Milli Məclisin deputatları Türkiyədə səfərdə olacaqlar

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

08 dekabr 2023    20:03
479

Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Dekabrın 8-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Fedarasiya Şurası sədrinin birinci müavi Andrey Yatskinin başçılıq etdiyi nümyəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

08 dekabr 2023    17:51
435

AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında

Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai bu qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün dekabrın 7-də Fransanın Paris şəhərinə səfər edəcək.

06 dekabr 2023    11:57
1804

Milli Məclisdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib

Milli Məclisin 5 dekabr tarixli plenar iclasında hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı aparılan müzakirələrdə parlamentin sədri Sahibə Qafarova qanun layihəsi ilə əlaqədar parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə dair mətbuat konfransının keçirilməsi haqqında deputatlara tapşırıq verib.

05 dekabr 2023    17:37

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.