
AŞPA-nın komitə iclaslarında
Martın 15-dən 23-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Hüquqi məsələlər və insan hüquqları, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında
Martın 10-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
Martın 9-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında onuncu iclası keçirilib.

Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək
Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Milli Məclisdə görüş
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Milli Məclisdə Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Koreya Respublikası Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədri Kim Te-honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib
Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib. İclası açan Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Martın 6-da ölkəmizdə səfərdə olan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar.
Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda dinləmə keçirilib
Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Milli Məclisdə Fransa Senatının üzvü ilə görüş
Martın 3-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.
Monteneqronun nümayəndə heyəti Milli Məclisdə olub
Martın 3-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı
TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında
Martın 2-də TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının onlayn formatda 10-cu iclası keçirilib. "Keyfiyyətli təhsil sahəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində post-pandemiya vəziyyətində transsərhəd təhsilin inkişafında TÜRKPA üzv dövlətləri arasında əməkdaşlıq" mövzusuna həsr edilmiş iclasa TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov moderatorluq edib.
Milli Məclisdə ictimai dinləmə keçiriləcək
Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.
Milli Məclisin Mədəniyyət komitəsində dinləmə keçirilib
Fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmə keçiriblər.
Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşündə
Fevralın 28-də Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib. Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirib.
Milli Məclisdə görüş
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli fevralın 28-də Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.