
Haaqada Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Vüqar Bayramov Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Cənubi Qafqaz və Avropa İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransın işində iştirak etmək üçün Niderland Krallığının Haaqa şəhərində səfərdədir.

Milli Məclisin deputatları Gürcüstanda səfərdədirlər
Milli Məclisin deputatları - Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Rauf Əliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdədirlər.

Deputatlar Rusiya Federasiyasına səfər edəcək
Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək üçün iyulun 5-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.
Belçikalı parlamentari ilə görüşdə
İyulun 3-də Milli Məclisin bir qrup deputatı Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq parlament təşkilatlarına Fransada baş vermiş son hadisələrlə əlaqədar müraciət ünvanlayıblar
Müraciətdə, 2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən səbəbsiz atəş açılaraq öldürülməsinin dərin hiddət və narahatlıq doğurduğu bildirilir.

Polşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Milli Məclisin deputatı Müşfiq Məmmədli iyunun 27-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcək.

Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər
Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər.

İsveçrədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova iyunun 26-da İsveçrənin paytaxtı Bern şəhərinə səfər edəcək.
_1687436226.jpeg)
Çexiyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü Mişal Ratiborski iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Çex nümayəndə heyəti ilə görüş
İyunun 22-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdə görüş
İyunun 22-də Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ilə görüşüb.

Çexiyalı deputatlar Ağdamda olublar
Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü Mişal Ratiborski iyunun 21-də işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Çexiyalı parlamentariləri səfərdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət edib.

MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında
Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün iyunun 22-də Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edəcək.

AŞPA-nın yay sessiyasında
Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Vitse-spiker Adil Əliyev Mərakeş Krallığının hər iki palatasının sədrləri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami və Müşavirlər Palatasının sədri Naam Mayara ilə görüşüb.

Azərbaycanın multikulturalizm ənənələri Berlində təbliğ olunacaq
Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.

Deputatlar Bolqarıstana səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə iyunun 19-da Bolqarıstanın Sofiya şəhərinə səfər edəcəklər.

Vitse-spiker Adil Əliyev Qambiya Milli Assambleyasının sədri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qambiya Respublikası Milli Assambleyasının sədri Fabakari Tombonq Catta ilə görüşüb.

Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunan instalyasiya, fotoalbom və film təqdim edilib
Milli Qurtuluş Günü ərəfəsində - iyunun 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və bir neçə təqdimatı özündə birləşdirən tədbir keçirilib.
_1686748065.jpeg)
Vitse-spiker Adil Əliyev Tanzaniya Milli Assambleyasının sədri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 13-də Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri xanım Tulia Akson ilə görüşüb.