Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
444

MİLLİ MƏCLİSİN YAZ SESSİYASİ BAŞA ÇATDI

Mayın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov deputatlar qarşısında çıxış edərək Azərbaycanda yüksək səviyyədə keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin təşkili və digər məsələlərlə bağlı ətraflı məlumat verdi: “Bir neçə gün öncə Azərbaycan “Eurovision-2012” beynəlxalq mahnı yarışmasına ev sahibliyi etdi. Bu möhtəşəm tədbirdə Avropanın 42 ölkəsinin təmsilçisi iştirak etdi və bütün müşahidəçilər bu yarışmanın çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Bir çox iddiaların əksinə olaraq, Azərbaycan qısa bir zaman ərzində bu tədbirlə bağlı hazırlıq işlərini yüksək səviyyədə başa çatdırdı.

29 may 2012    07:05
422

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 22-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirildi. İclasda əvvəlcə cari məsələlərə baxıldı.Deputatlar dünyada və regionda baş verən hadisələr, siyasi proseslər, eləcə də Azərbaycanda keçirilən “Eurovision“ mahnı müsabiqəsilə bağlı fikirlərini bölüşdülər.

23 may 2012    09:05
610

MİLLİ MƏCLİSDƏ DƏYİRMİ MASA

Mayın 14-də Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ilə birgə keçirilən dəyirmi masada korrupsiyaya qarşı mübarizənin hüquqi bazasına dair fikir mübadiləsi aparıldı. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihə çərçivəsində təşkil edilən tədbirdə bir sıra hökumət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri iştirak edirdilər.

14 may 2012    05:05
443

Milli Məclisin iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciət qəbul olundu

Mayın 1-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Cari məsələlərin müzakirəsi zamanı deputatlar son zamanlar Almaniyanın bəzi mətbu orqanlarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini və “Eurovizion” mahnı müsabiqəsi ərəfəsində ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin hərəkətlərini pislədilər.

01 may 2012    06:05
442

MİLLİ MƏCLİSDƏ UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ

Aprelin 30-da Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi ki, Avropa Şurasının dünyada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beşdən biri” kampaniyası ölkəmizdə uğurla aparılır.

30 aprel 2012    06:04
443

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 20-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərlə bağlı deyilən fikirlərə münasibətini bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.

23 aprel 2012    12:04
571

UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏ GÜNDƏMDƏDİR

Aprelin 16-da Milli Məclisin təşəbbüsü ilə Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində növbəti tədbir keçirildi.

16 aprel 2012    05:04
457

MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Milli Məclisin aprelin 6-da keçirilmiş iclasında əvvəlcə cari məsələlərə baxıldı. Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

06 aprel 2012    06:04
481

AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASI BAŞA ÇATDI

Aprelin 4-də Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar sessiyası işini davam etdirdi. Avronest PA-nın həmsədri Boris Tarasyuk bu təşkilatın prosedur qaydalarının təkmilləşdirilməsinin əhəmiyyətindən danışdı və prosedur qaydalarına dair işçi qrupunun səlahiyyət müddətinin uzadılmasını təklif etdi.

04 aprel 2012    06:04
550

AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASINDA

Aprelin 3-də Avronest Parlament Assambleyasının ikinci növbəti Sessiyasının fasilədən sonra davamında həmsədr Kristian Vigenin və Boris Tarasyuk gündəlikdəki məruzələri təqdim etdilər.

04 aprel 2012    06:04
355

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 7-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak edirdi. Milli Məclisin Sədri Oqtay Əsədov qonağı salamlayaraq bildirdi ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Biz bu dostluğu əsrlər boyu möhkəmləndirmiş və indiki yüksək səviyyəyə gətirib çıxarmışıq

07 mart 2012    06:03
512

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin üzvləri fevralın 29-da Milli Məclisdə Azərbaycana səfərlərinə dair mətbuat konfransı keçirdilər.

29 fevral 2012    07:02
497

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Fevralın 28-də Milli Məclisdə mətbuat konfransı keçirildi. Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu bildirdi ki, Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə deputatlarEldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Ağalar Vəliyev ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Vyanada, həmçinin deputatlar Azay Quliyev, Fərəc Quliyev və Rövşən Rzayev isə Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanda səfərdə olublar.

28 fevral 2012    06:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.