AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ UŞAQ HÜQUQLARI PRİORİTET MƏSƏLƏDİR
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 29-da Milli Məclisdə “Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər” mövzusunda dinləmə keçirildi. Tədbiri Azərbaycan parlamenti, UNİCEF, “ChildPact”, Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı təşkil etmişdi.
Bakıda AŞPA-nın Daimi Komitəsinin iclası keçirildi
Mayın 23-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin növbəti iclası keçirildi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq qardaş Türkiyənin Manisa vilayətinin Soma bölgəsindəki kömür mədənlərində baş vermiş qəza ilə bağlı həlak olanların ailələrinə başsağlığı verdi. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
MİLLİ MƏCLİSİN İCLASINDA BİR SIRA QANUNLARA DƏYİŞİKLİKLƏR OLUNDU
Mayın 2-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
AZƏRBAYCAN – İORDANIYA DOSTLUĞU MÖHKƏMLƏNİR
Aprelin 26-da Milli Məclisin Azərbaycan – İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.
MİLLİ MƏCLİSDƏ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ KOORDİNATORUN İLLİK MƏLUMATI DİNLƏNİLDİ
Aprelin 4-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deyilən fikirlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi.
AVSTRİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDADIR
Aprelin 1-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşdü.
MİLAN KABRNOX: “Azərbaycanı dost, demokratik ölkə kimi tanıyırıq və ərazi bütövlüyünü tam dəstəkləyirik.”
Martın 28-də Milli Məclisdə Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Büro iclası keçirildi. Komitənin həmsədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iclası açaraq Avropa Parlamenti ilə əməkdaşlığın tarixindən bəhs etdi.
MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 14-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənildi. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2013-ci ildəki fəaliyyəti barədə hesabat verir.
BAKIDA MDB PA-nın BÜDCƏ NƏZARƏTİ KOMİSSİYASININ İCLASI OLDU
Martın 13-də Milli Məclisdə Müstəqil Dövlətlər Birliyinin iştirakçisi olan dövlətlərin Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçirildi.
BAKIDA MDB PA-nın BÜDCƏ NƏZARƏTİ KOMİSSİYASININ İCLASI KEÇİRİLƏCƏK
Martın 13-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçiriləcək.
MİLLİ MƏCLİSDƏ OMBUDSMANIN HESABATI DİNLƏNİLDİ
Martın 4-də Milli Məclisin növbəti iclası keçirildi. Öncə iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra aktual məsələlərə toxundular. İclasa sədrlik edən Spiker Oqtay Əsədov söylənilən fikirlərə münasibətini bildirdi.
MİLLİ MƏCLİSİN İCLASINDA XOCALI SOYQIRIMI YAD EDİLDİ
Fevralın 25-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə bu günlərdə 22-ci ildönümü qeyd olunan Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirdi. Deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Çıxışlarda son vaxtlar cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının narahatlıq doğurduğu qeyd olundu. Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi”nə riayət edilməsi çağırışına erməni silahlı qüvvələrinin məhəl qoymaması pislənildi.
TÜRKPA NƏQLİYYAT KOMMUNİKASİYALARININ ROLUNA XÜSUSİ ÖNƏM VERİR
Fevralın 11-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının – TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclası oldu. İclası komissiyanın sədr müavini Sevinc Hüseynova aparırdı.
MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI
Fevralın 8-də ölkəmizdə səfərdə olan İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun başçılıq etdiyi İspaniya nümayəndə heyəti Milli Məclisdə mətbuat konfransı keçirdi.
MİLLİ MƏCLİSİN YAZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLDİ
Fevralın 3-də Milli Məclisin 2014-cü ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI
Dekabrın 27-də Milli Məclisin payız sessiyasında son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbriklərini çatdırdı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 17-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri əvvəlcə deputatları “Şahdəniz - 2” layihəsinin imzalanması münasibəti ilə təbrik etdi. O, bunu Azərbaycanın Ulu öndəri Heydər Əliyevin neft strategiyası nailiyyətlərinin davamı, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirdi. Bildirildi ki, bu layihə Azərbaycan xalqının rifahına xidmət edəcək.
MİLLİ MƏCLİSDƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLDİ
Dekabrın 16-da Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar keçirildi. Tədbirdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin üzvləri, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, MDB-yə üzv ölkələrin deputatları, üzv ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, MDB ölkələri üzrə ekspertlər və digər qonaqlar iştirak edirdilər.

