MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN MƏRUZƏÇİSİ SEÇİLİB
Sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində qurumun Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin toplantısı keçirilib.
SƏMƏD SEYİDOV MONİTORİNQ KOMİTƏSİNİN SƏDR MÜAVİNİ SEÇİLİB
Sentyabrın 28-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin iclası olub. İclasda quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLDİ
Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
MİLLİ MƏCLİSDƏ MƏTBUAT ŞURASI ilə ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANDI
İyulun 15-də Milli Məclisdə Azərbaycan Parlamenti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, ayrı-ayrı mətbu orqanların rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər.
MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI
Mayın 29-da Milli Məclisin yaz sessiyasında sonuncu iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov mayın 19-da Bakı şəhərində yaşayış binasında baş vermiş yanğın hadisəsini xatırladaraq qeyd etdi ki, hadisə nəticəsində 15 nəfər həlak olmuş, onlarca insan yaralanmışdır.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 15-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.
MİLLİ MƏCLİSDƏ DİNLƏMƏLƏR
Mayın 13-də Milli Məclisdə I Avropa Oyunları ərəfəsində Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası ilə əlaqədar dinləmələr keçirildi. Tədbirə deputatlar, bir sıra QHT-lərin və mətbuat orqanlarının rəhbərləri, jurnalistlər qatılmışdılar.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 28-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açdı. İclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Zahid Oruc, Fəzail Ağamalı, Fazil Mustafa, İqbal Məmmədov, İqbal Ağazadə, Aydın Mirzəzadə, İlham Məmmədov, Elman Məmmədov, Xanhüseyn Kazımlı, Səməd Seyidov, Sabir Rüstəmxanlı ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən söz açdılar.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 14-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar gündəmdə olan aktual mövzulara toxundular. Çıxışlarda əsasən Bakıda keçiriləcək I Avropa Oyunlarına münasibətdə antimilli siyasət yürüdənlərə və Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” ilə bağlı söylədiyi fikirlərə qarşı kəskin etirazlar səsləndi.
İNSAN HÜQUQLARI MƏSƏLƏLƏRİ ÜZRƏ İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ
Aprelin 9-da İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirildi.Milli Məclisdə keçirilən iclasda işçi qrupun həmsədrləri - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ AUTİZM XƏSTƏLİYİ İLƏ ƏLAQƏDAR DİNLƏMƏLƏR KEÇİRİLDİ
Aprelin 7-də Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, aktual məsələlərdən biri olan autizm xəstəliyi ilə əlaqədar sənədin hazırlanması cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılması deməkdir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 3-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə cari məsələlər müzakirə olundu. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deyilmiş fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlandı.
MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİN 2014-CÜ İLDƏ FƏALİYYƏTİ HAQQINDA HESABATI DİNLƏNİLDİ
Martın 17-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabat dinlənildi. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2014-cü ildəki fəaliyyəti barədə hesabat verir. Sədr diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilmişdir.
QOBUSTAN RAYONUNDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Martın 14-də Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri həmişə olduğu kimi Qobustan rayonunda məskunlaşmış qaçqınların və məcburi köçkünlərin görüşünə gəlmişlər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 6-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra iclasa sədrlik edən Spiker Oqtay Əsədov qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü bayramı münasibətilə Milli Məclisdəki xanım deputatları, parlamentdə çalışan bütün xanımları və parlamentin fəaliyyətini işıqlandıran xanım jurnalistləri səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və ailələrində xoşbəxtlik arzuladı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açdı. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir qədiqəlik sükutla yad edildi. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil edir.
MİLLİ MƏCLİSDƏ ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ DAİR DİNLƏMƏLƏR
Fevralın 14-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşkilatçılığı ilə “ABŞ-Azərbaycan münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələr keçirildi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açdı. Gündəlik təsdiq edildikdən sonra cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, İqbal Ağazadə, Leyla Abdullayeva, Vahid Əhmədov, Qənirə Paşayeva, Elmira Axundova ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən söz açdılar.
MİLLİ MƏCLİSİN YAZ SESSİYASI İŞƏ BAŞLADI
Fevralın 2-də Milli Məclisin 2015-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri yaz sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.
AZƏRBAYCAN və RUSİYA PARLAMENTLƏRİNİN ƏMƏKDAŞLIQ KOMİSSİYASININ ON İKİNCİ İCLASI KEÇİRİLDİ
Dekabrın 23-də Azərbaycan parlamentində Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının on ikinci iclası oldu. İclası Milli Məclis Sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov açaraq Azərbaycan parlamentinin rəhbərliyi adından qonaqları mehribanlıqla salamladı.

