Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
611

MİLLİ MƏCLİSDƏ GUAM PARLAMENT ASSAMBLEYASININ 9-CU SESSİYASI KEÇİRİLDİ

Dekabrın 15-də Milli Məclisdə GUAM Parlament Assambleyasının 9-cu sessiyası keçirildi. Sessiyada təşkilata üzv ölkələrin - Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın parlamentarları, dövlət rəsmiləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.

15 dekabr 2016    05:12
364

MİLLİ MƏCLİSDƏ UNİCEF-lə BİRGƏ TƏDBİR KEÇİRİLDİ

Dekabrın 15-də Milli Məclisin və UNİCEF-in birgə təşkilatçılığı ilə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, qaçqın və məcburi köçkün, əlilliyi olan uşaqlar iştirak edirdilər.

15 dekabr 2016    05:12
426

PARLAMENTDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Dekabrın 7-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlament “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.

08 dekabr 2016    09:12
432

BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Dekabrın 6-da Milli Məclisin plenar iclasında baş nazir Artur Rasizadənin və hökumət üzvlərinin iştirakı ilə ölkəmizin 2017-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsinə başlandı. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi.

07 dekabr 2016    07:12
446

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədovun sədrlik etdiyi iclasda gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələlərdən söhbət açdılar. Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Qənirə Paşayeva, Asim Mollazadə, Sahib Alıyev, Rasim Musabəyov, Fuad Muradov, Rövşən Rzayev ölkə gündəmində olan vacib məsələləri dilə gətirdilər.

30 noyabr 2016    02:11
416

MİLLİ MƏCLİSDƏ KONFRANS

Noyabrın 24-də Milli Məclisdə “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirildi. Konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuşdu.

25 noyabr 2016    12:11
285

TÜRKPA-nın KOMİSSİYA İCLASINDA

Noyabrın 24-də Milli Məclisdə TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyanın 2-ci iclası keçirildi. İclası komissiyanın sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov açdı. Tədbir iştirakçılarına parlament rəhbərliyinin salamlarını çatdıran komissiya sədri Ətraf mühit və təbii ehtiyatlar komissiyasının TürkPA-nın ən gənc komissiyası olduğunu, buna baxmayaraq hər zaman qlobal mahiyyəti olan məsələlərin müzakirəsini önə çəkdiyini qeyd etdi. Bildirildi ki, cəmiyyəti gələcək qlobal təhlükələrdən qorumaq, insanları bu yöndə maarifləndirmək komissiyanın əsas fəaliyyət istiqamətlərindəndir. Bu gün dünyada qlobal iqlim dəyişikliyi, atmosferin ozon qatının aşınması, havanın, suyun, ətraf mühitin çirklənməsi böyük təşviş yaradır.

24 noyabr 2016    04:11
429

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat” adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə vermişdir.

15 noyabr 2016    05:11
397

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 26 məsələ daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, nəzərdə tutulan dəyişikliklər 2015-ci il mayın 15-də qəbul olunmuş “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Həmin qanundakı bir sıra müddəalar bu məcəllələrdə öz əksini tapacaqdır.

11 noyabr 2016    06:11
453

AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcəkdir.

29 oktyabr 2016    03:10
558

MİLLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edildi. Sənədlə bağlı məlumat verən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Sazişin ölkələrarası ekologiya problemlərində olduqca gərəkli olduğundan söz açdı.

28 oktyabr 2016    08:10
299

MİLLİ MƏCLİSDƏ ANA VƏ UŞAQ ÖLÜMLƏRİ MÖVZUSUNA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

Oktyabrın 24-də Milli Məclisin Səhiyyə komitəsinin Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə təşkil etdiyi “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda Dəyirmi masa keçirildi.Tədbiri açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ailə sağlamlığının qorunması sahəsində görülən işlərdən, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən danışdı.

24 oktyabr 2016    07:10
317

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 14-də Milli Məclisin payız sessiyasında ikinci plenar iclası keçirildi. İclasa Spiker Oqtay Əsədov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra müzakirələr başlandı.

14 oktyabr 2016    07:10
356

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA İLK PLENAR İCLASI KEÇİRİLDİ

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sədr payız sessiyasının başlanması münasibəti ilə təbriklərini çatdırdı və dedi: “Payız sessiyasına yüksək əhval-ruhiyyə ilə başlayırıq. Bu günlərdə ölkəmizin siyasi həyatında çox mühüm bir hadisə baş vermişdir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir.

30 sentyabr 2016    08:09
730

KOLUMBİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

29 sentyabr 2016    07:09
396

PARLAMENTDƏ “QADINLARIN SƏLAHİYYƏTLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİNDƏ VƏ QADINLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏDƏ PARLAMENTARİLƏRİN ROLU” ADLI SEMİNAR KEÇİRİLDİ

Sentyabrın 28-də Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı keçirildi.Seminarı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova açdı. O, nitqində bildirdi ki, təşkilatın “Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA üzvü olan və qurumda müşahidəçi qismində təmsil olunan dövlətlərin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir.

28 sentyabr 2016    05:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.