Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
564

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra qanun layihələrinin müzakirəsinə başlanıldı. Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi.

25 aprel 2017    07:04
463

MİLLİ MƏCLİSDƏ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRİ KEÇİRİLDİ

Aprelin 25-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası keçirildi. Tədbirdə QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, quruma üzv ölkələrdən Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya və Serbiyanın nümayəndə heyətləri iştirak edirdilər. İclası komitənin sədr müavini, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Özcan Ulupınar aparırdı. İclasın açılışında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov iştirakçıları parlament rəhbərliyi adından salamlayaraq onlara uğurlu və səmərəli iş arzuladı.

25 aprel 2017    07:04
498

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi.Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün Palatanın sədri Vüqar Gülməmmədova söz verdi.

14 aprel 2017    07:04
406

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı.Əvvəlcə iclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Aydın Mirzəzadə, Elmira Axundova, Mixail Zabelin, Əhliman Əmiraslanov, Əli Hüseynli, Çingiz Qənizadə, Azay Quliyev ictimai-siyasi hadisələrlə bağlı vacib məsələlərdən, ötən ilin aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlardan danışdılar.

07 aprel 2017    08:04
441

MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ

Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Oqtay Əsədov iclası açdı. Gündəliyin təsdiqindən sonra Spiker bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.

17 mart 2017    06:03
658

MİLLİ MƏCLİSDƏ AŞPA-nın MİQRASİYA, QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Martın 15-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası öz işinə başladı.Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova tədbiri giriş sözü ilə açaraq gündəlik və iştirakçılar barədə məlumat verdi.

15 mart 2017    06:03
555

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 10-da Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda yarımçıq qalmış müzakirəsi davam etdirildi.

13 mart 2017    02:03
833

MİLLİ MƏCLİSİN XOCALI SOYQIRIMININ 25 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ İCLASI KEÇİRİLDİ

Fevralın 24-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Bütün şəhidlərimizə rəhmət diləyən parlamentin Spikeri Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar çıxışında bu soyqırımı xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq, etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi adlandırdı.

24 fevral 2017    06:02
450

ŞOTLANDİYA PARLAMENTİ XOCALI FACİƏSİNƏ SİYASİ QİYMƏT VERMİŞDİR

Xəbər verildiyi kimi, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişlər.

22 fevral 2017    07:02
510

PARLAMENTDƏ KİV RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

Fevralın 17-də Milli Məclisdə ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycan parlamenti ilə Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi görüşü Milli Məclis Sədrinin müavini Bahar Muradova aparırdı. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdi.

17 fevral 2017    06:02
379

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 14-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə yaz sessiyasının növbəti plenar iclası keçirildi. 6 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar beynəlxalq aləmdə cərəyan edən siyasi hadisələrə, günün aktual məsələlərinə dair rəy və təkliflərini bildirdilər.

14 fevral 2017    06:02
651

MİLLİ MƏCLİSDƏ “BEYNƏLXALQ CİNAYƏTLƏRİN QARŞISININ ALINMASI VƏ CƏZALANDIRILMASI HAQQINDA” QANUN LAYİHƏSİNİN TƏQDİMATI OLDU

Fevralın 10-da Azərbaycan Respublikasının Milli Məclisi, “Qüdrətli Azərbaycan naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tatınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatı keçirildi.

13 fevral 2017    10:02
519

MİLLİ MƏCLİSDƏ “MÜASİR ÇAĞIRIŞLAR VƏ İSLAM HƏMRƏYLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Yanvarın 31-də Milli Məclisdə parlamentin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və islam həmrəyliyi” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin Kitabxana işinin təşkili sektorunun müdiri Mehman Namazov bildirdi ki, tədbirin Milli Məclisin kitabxanasında keçirilməsinin simvolik mənası var. O, vurğuladı ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri içərisində kitab, söz xüsusi yer tutur. Bu seçim kitabxana işinin təşkili sahəsində maariflənməni gücləndirmək, kitabxanalara, kitaba marağı artırmaq məqsədi daşıyır.

01 fevral 2017    11:02
518

İƏTPİ-nin KOMİTƏSİ AZƏRBAYCANIN TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏMİŞDİR

Yanvarın 24-25-də Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dovlətlərin Parlament İttifaqının Daimi İxtisaslaşmiş komitələrinin iclasları keçirilmişdir. Milli Məclisin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təşkilatın Siyasi məsələlər və Xarici əlaqələr Daimi Komitəsinin iclasında iştirak etmişlər.

25 yanvar 2017    06:01
577

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

Dekabrın 30-da Milli Məclisin 2016-cı il payız sessiyasının son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanı yubileyi və Prezident İlham Əliyev tərəfindən mədəniyyətimizin inkişafındakı xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibəti ilə təbrik etdi. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsini təqdim etdi.

30 dekabr 2016    04:12
467

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti

Əziz soydaşlar, dəyərli həmvətənlər, Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən həmrəylik günündə hamınızı ürəkdən salamlayırıq. Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bu günü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır, ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir.

30 dekabr 2016    04:12
533

MİLLİ MƏCLİSİN İCLASINDA 2017-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ TƏSDİQLƏNDİ

Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi.İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasında 3 gün ərzində geniş müzakirə olunmuşdu və deyilən təkliflərə baxılması üçün Hökumətə vaxt verilmişdi. Bugünkü iclasda Hökumət üzvlərinin fikirləri dinlənildikdən sonra büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsə qoyulacaq.

16 dekabr 2016    05:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.