Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
313

AZƏRBAYCANIN PARLAMENT FUTBOL KOMANDASI BEYNƏLXALQ TURNİRƏ QƏLƏBƏ İLƏ BAŞLAYIB

Xəbər verildiyi kimi martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.“İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər.

10 mart 2018    01:03
520

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 6-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra qanun layihələrinin müzakirəsinə başlanıldı. Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini təqdim etdi.

06 mart 2018    05:03
455

Xocalı Soyqırımı ilə bağlı Avropa Parlamentinin üzvləri Bəyanat veriblər

Avropa Parlamentində yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı Bəyanat qəbul edilmişdir. Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri cənab Andrey Mamikins tərəfindən irəli sürülmüşdür. Bu Bəyanat Xocalı Qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

26 fevral 2018    09:02
510

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 23-də Spiker Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə Milli Məclisin deputatı Fəttah Heydərovun ünvanına yubiley təbriki səsləndi.

23 fevral 2018    05:02
377

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 13-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. 19 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.

13 fevral 2018    06:02
367

SƏHİYYƏ KOMİTƏSİNDƏ ORQAN TRANSPLANTASİYASINA DAİR DİNLƏMƏ KEÇİRİLDİ

Fevralın 9-da Səhiyyə komitəsində “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmə keçirildi. Tədbirə ölkənin ən iri tibb müəssisələrinin tanınmış transplantoloqları, sahə mütəxəssisləri, Səhiyyə Nazirliyinin nümayəndəsi, KİV təmsilçiləri dəvət olunmuşdular.Öncə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müasir dövrdə böyük elmi və praktik əhəmiyyət kəsb edən transplantasiya məsələsindən danışdı. Təbabət elmində bu işin metodikasının çox dəqiqliklə hazırlanmış olduğunu qeyd etdi. Ölkəmizdə həyata keçirilən orqan nəqli barədə məlumat verdi.

09 fevral 2018    05:02
428

MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI

Fevralın 1-də Milli Məclisin 2018-ci ildə ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra dövlət himni səsləndirildi. Gündəliyin təsdiqindən sonra Oqtay Əsədov diqqətə çatdırdı ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq.

01 fevral 2018    05:02
331

MİLLİ MƏCLİSDƏ MDB PA ŞURASININ FƏRQLƏNMƏ NİŞANLARI TƏQDİM EDİLDİ

Yanvarın5-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleya Şurasının fərqlənmə nişanlarının təqdimetmə mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, Azərbaycanda sosial-iqtisadi uğurların sayı ilbəil artır. Ölkəmizin beynəlxalq nüfuzlu təşkilatlarda, eləcə də MDB-də özünəməxsus rolu var. Aparat rəhbəri onu da vurğuladı ki, Azərbaycanda rus dili və mədəniyyəti bir sərvət kimi daim qorunur.

05 yanvar 2018    05:01
378

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcəkdir.

05 yanvar 2018    01:01
500

MİLLİ MƏCLİSİN 2017-Cİ İLDƏ SON İCLASI KEÇİRİLDİ

Dekabrın 29-da Milli Məclisin 2017-ci il payız sessiyasında son iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra millət vəkilləri Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, Rasim Musabəyov, Əflatun Amaşov, Aytən Mustafazadə, Tahir Kərimli, Fuad Muradov, Musa Qasımlı, Hikmət Məmmədov, İlham Əliyev ölkə gündəmindəki vacib məsələlərlə bağlı fikirlərini bildirdilər.

29 dekabr 2017    06:12
541

"PARLAMENTİN DAYANIQLI İNKİŞAFDA ROLU" MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

Dekabrın 25-də Milli Məclisdə BMT ilə birgə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentlərin rolu” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov bildirdi ki, 2015-ci ildə BMT tərəfindən “2030 - Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə hazırlanıb.

25 dekabr 2017    05:12
482

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 15-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.Millət vəkilləri əvvəlcə “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolu səsə qoyaraq təsdiq etdilər.

15 dekabr 2017    06:12
328

MİLLİ MƏCLİSİN İCLASINDA 2018-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ TƏSDİQLƏNDİ

Dekabrın 1-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi.İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişikliklər edilməsi barədə sənəd haqqında məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verdi.

01 dekabr 2017    06:12
492

MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

Noyabrın 23-də Milli Məclisin plenar iclasında 2018-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclasa Milli Məclisin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları haqqında məsələlərin müzakirəsi ilə başlanılmasını təklif etdi. Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələn ilki xərclər smetası barədə məlumatı diqqətə çatdırdı.

23 noyabr 2017    06:11
428

MİLLİ MƏCLİSDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Noyabrın 22-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlament “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.

22 noyabr 2017    07:11
476

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 17-də Milli Məclisin növbəti plenar sessiyası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra millət vəkilləri Əli Məsimli, Fazil Mustafa, Azay Quliyev, Zahid Oruc, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Fərəc Quliyev, Qənirə Paşayeva, Siyavuş Novruzov, Novruzəli Aslanov, Zeynəb Xanlarova ölkə gündəmindəki məsələlərdən söz açdılar. Sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlanıldı.

17 noyabr 2017    05:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.