Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
1065

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Milli Assambleyanın Sədri Əsəd Qeysərlə görüşüb

İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb. Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.

03 iyun 2021    20:18
1212

İtaliyada Azərbaycanın dostları ilə görüşdə

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

19 may 2021    18:58
985

Milli Məclisin Sədri Sahibə Qafarova "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşdə iştirak edib

Aprelin 28-də Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşündə iştirak edib. Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə spiker Sahibə Qafarova çıxış edib.

28 aprel 2021    19:28
1167

Milli Məclisin Sədri Sahibə Qafarovanın TBMM Sədri ilə telefon danışığı olub

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub. Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

24 aprel 2021    23:47
1168

Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Aprelin 7-də Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb. Spiker qonağı səmimi salamlayaraq, Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

07 aprel 2021    17:40

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.