Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
1048

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova martın 10-da ölkəmizdə səfərdə olan Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb. Spiker gürcüstanlı naziri və nümayəndə heyətini salamlayaraq bildirib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir.

10 mart 2022    16:38
1220

Milli Məclisin sədri Sahibə Qafarova Moldova Parlamentinin sədri ilə görüşüb

Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb. Moldova parlamentinin sədrini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova qonağın Azərbaycana ilk rəsmi səfərinin uğurlu olacağına inamını ifadə edib.

22 fevral 2022    16:35
1728

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

11 noyabr 2021    17:58

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.