
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclasda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olundu.

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK
Martın 7-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları, Monitorinq və Mədəniyyət komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin üzvləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov, deputatlar Elxan Süleymanov, Vüsal Hüseynov və Müslüm Məmmədov iştirak edəcəklər.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Martın 3-də Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə 7 məsələ daxil edilmişdir.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Martın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Martın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. Komitə sədri Fuad Muradov müzakirəyə təqdim edilən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişiklikləri ətraflı şərh etdi. Bildirildi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olan sənəddə iki əsas dəyişiklik nəzərdə tutulub.

MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA
Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəliyə təqdim olunan “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. O, son illərdə ölkəmizin davamlı inkişafını təmin etmək üçün nəzərdə tutulmuş strateji proqramların uğurla həyata keçirilməsindən, bu istiqamətdə yerinə yetirilən kompleks tədbirlərdən söz açdı. Komitə sədri sənədin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcəyini vurğuladı.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi.

MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏRƏ BAXILDI
Fevralın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan iqtisadi sahədə xeyli uğurlar əldə edib. Bu, dövlət səviyyəsində görülən işlərin nəticəsidir. Qeyd edildi ki, son bir ildə dünya üzrə neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov iclası açaraq dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söhbət açdı. Sonra o, gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Fevralın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “İctimai nəzarət haqqında” yeni qanun layihəsinin vətəndaş cəmiyyəti üzvləri ilə birlikdə ictimai müzakirəsi keçirildi. Yeni qanun layihəsinin əhəmiyyətindən danışan komitə sədri Əli Hüseynli sənədin hazırkı vəziyyətdə tam reallığı əks etdirdiyini söylədi.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi komitədə müzakirə olundu
Fevralın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq diqqətə çatdırdı ki, hər il Milli Məclisin yaz sessiyasının ilk iclaslarının birində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilir. Komitənin bugünkü iclasında 2015-ci il üzrə məruzə təqdim olunacaq.

İQTİSADİ SİYASƏT, SƏNAYE və SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Fevralın 9-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iki mühüm qanun layihəsinə baxıldı.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 28-də Milli Məclisin Səhiyyə komitəsinin 2016-cı il yaz sessiyası dövründə ilk iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq son zamanlar dünyada baş verən hadisələr - siyasi və iqtisadi böhran, o cümlədən enerji resurslarının qiymətinin, müxtəlif ölkələrin milli valyutalarının dəyərdən düşməsi, bütün bu proseslərin ölkəmizə təsiri barədə öz fikirlərini açıqladı.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edərək, diqqətə çatdırdı ki, iclasda 2015-ci il payız sessiyasının yekunlarına dair görülən işlər və 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 29-da Milli Məclisin Regional məsələlər komitəsinin 2016-cı ildə ilk iclası keçirildi. Əvvəlcə Arif Rəhimzadə rəhbərlik elədiyi komitənin 2015-ci ilin payız sessiyasında gördüyü işlər barədə hesabat verdi, sonra 2016-cı ilin yaz sessiyası üçün işlər planı layihəsi haqqında danışdı.Qeyd olundu ki, ötən sessiya müddətində komitənin 4 iclası keçirilib və ümumilikdə 12 məsələ müzakirə edilib, komitənin ünvanına 209 məktub, təklif, ərizə və şikayət daxil olub, bunlar barəsində müvafiq tədbirlər görülüb.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2016-cı il yaz sessiyasında ilk iclası keçirildi. İclasda komitənin qarşıdakı sessiya üçün qanunvericilik işləri planı müzakirə olundu.Komitə sədri Hadi Rəcəbli bildirdi ki, yaz sessiyasında iki yeni – “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq. Qeyd olundu ki, uzun müddətdir hər iki sənədin əlaqədar qurumlarla və ictimaiyyətlə birlikdə geniş müzakirəsi gedir.

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Yanvarın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin 2016-ci ildə ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, bugünkü iclasda yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. Qeyd olundu ki, ötən ilin fevralında “Elm haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra sənədə əlaqədar qurumlarla birgə baxılıb. Ötən müddətdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, elm sahəsindəki yeniliklər nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilib, müasir dövrün tələblərinə uyğunlaşdırılıb.

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ GƏNCLƏRLƏ GÖRÜŞ
Dekabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsində gənclərlə görüş keçirildi. Görüşdə gənclər və idman naziri Azad Rəhimov, deputatlar, gənclər təşkilatlarının rəhbərləri, olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNDƏ
Dekabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov V çağırış Milli Məclisə və komitəyə üzv seçilmələri münasibəti ilə deputatları təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin yeni tərkibdə ilk iclası keçirildi. Komitə sədri Eldar İbrahimov komitə üzvlərini noyabrın 1-də keçirilən parlament seçkilərində qazandıqları qələbə münasibəti ilə təbrik etdi, qarşıdakı beşillik fəaliyyətlərində onlara uğurlar arzuladı. İclasda əvvəlcə “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihəsi müzakirə edildi.