
GƏNCLƏR və İDMAN KOMİTƏSİNDƏ
Noyabrın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda Gənclər və idman, Təhsil, Rabitə və yüksək texnologiyalar, İqtisadiyyat, Əmək və əhalinin sosial müdafiəsi, Ədliyyə nazirliklərinin, Ombudsman Aparatının və BMT İnkişaf Proqramının təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əli Hüseynli “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə geniş məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın inkişafında və xalqın rifahının təmin olunmasında müstəsna əmək nailiyyətləri ilə fərqlənən insanları mükafatlandırmaq üçün bu ənənə bərpa olunmalıdır.

BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və komitənin üzvləri Azər Badamov, Malik Həsənov, Kamran Bayramov, Rüstəm Xəlilov, Cavid Osmanov, Tahir Rzayev noyabrın 14-dən 16-dək Şəmkir rayonunda səfərdə olacaqlar.Deputatlarımız bu rayonda “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 8-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Sənədi Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim etdi.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsi ilə bağlı ətraflı danışdı. O, qeyd etdi ki, sənəd Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləmək məqsədi ilə hazırlanıb.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 3-də Aqrar siyasət komitəsində iki qanun layihəsinə baxıldı. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş hər iki sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 1-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Rəfael Hüseynov əvvəlcə “Kinematoqrafiya haqqında” yeni hazırlanan qanun layihəsini təqdim etdi. Bildirildi ki, sənəd filmlərin istehsalı, yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. 12 fəsil 40 maddədən ibarət olan sənəddə kino sənəti barədə əsas müddəalar, bu sahədə fəaliyyət subyektləri, dövlət dəstəyinin formaları, qadağalar, milli film istehsalı, maliyyə mənbələri və digər anlayışlar öz əksini tapıb.

MİLLİ MƏCLİSİN AQRAR SİYASƏT, HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASI KEÇİRİLDİ
Oktyabrın 27-də Milli Məclisin Aqrar siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə Meşə, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov deputatları “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə tanış etdi. O, qeyd etdi ki, bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür. 15 il əvvəl ölkədə insan orqan və toxumalarının transplantasiyası əməliyyatları yox səviyyəsində olsa da, bu gün artıq qara ciyər, böyrək, bəzi orqan və toxumaların, gözün müxtəlif hissələrinin transplantasiyası əməliyyatları sıx-sıx həyata keçirilir.

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi.Komitənin sədri Fuad Muradov bildirdi ki, gündəliyə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.

ÖLKƏMİZDƏ KREDİT BÜROLARI YARADILACAQ
Oktyabrın 21-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Kredit büroları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Oktyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi.Komitənin sədri İsa Həbibbəyli əvvəlcə Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbriklərini çatdırdı. Sonra bildirdi ki, iclasın gündəliyinə “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi daxil edilib.

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Oktyabrın 18-də Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov bu əlamətdar gün – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə deputat həmkarlarını təbrik etdi.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxil edilib. Sazişə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları mübadilə edəcəklər.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Oktyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi.

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 12-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova əvvəlcə parlamentin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, 8 məsələyə baxılıb. Bu sessiyalar ərzində komitənin təşəbbüsü və təşkilatçılığı ilə 6 tədbir keçirilib.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 4-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə diqqətə çatdırdı ki, gündəliyə ölkəmizin bir sıra rayonları arasında ərazi məsələləri üzrə mübahisələrə dair icra hakimiyyətlərinin Milli Məclisə ünvanladıqları müraciətlərlə əlaqədar məsələlər daxil edilib.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 27-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. Əvvəlcə komitənin sədri Fuad Muradov sentyabrın 26-da ölkəmizdə uğurla keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı. Sonra iclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi.