
TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Yanvarın 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclasda üç qanun layihəsinə təklif olunan dəyişikliklər və bir yeni qanun layihəsi müzakirə edildi.

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitənin sədri Bahar Muradova millət vəkillərini yeni ilin və sessiyanın başlanması münasibəti ilə təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, ötən sessiya ərzində komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2016-cı il payız sessiyasında komitənin 2 iclası keçirilib, bu iclaslarda 5 məsələ müzakirə olunmuşdur.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Yanvarın 19-da parlamentin yaz sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 12 məsələyə baxıldı. Öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qurban getmiş 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi, 1990-cı ilin qanlı yanvar gecəsində həlak olan Azərbaycan övladlarının xalqımızın tarixində qəhrəmanlıq səhifəsi yazdığı vurğulandı. Sonra komitənin sədri Ziyad Səmədzadə 2016-cı ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verdi.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin 2017-ci il yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rafael Hüseynov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi və gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 18-də Milli Məclisin yaz sessiyasında Səhiyyə komitəsinin ilk iclası oldu. Komitənin sədri Əhliman Əmiraslanov öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, son vaxtlar ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər sahibkarlar tərəfindən yüksək qiymətləndirilir.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ və HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 15 məsələ - Vergi, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrinə habelə “İcra haqqında”, “Dövlət rüsumu haqqında”, “Elektron ticarət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında”, “İcbari sığortalar haqqında” qanunlara dəyişikliklər edilməsi, “Nağdsız hesablaşmalar haqqında” yeni qanun layihəsi daxildir. Bu qanun layihələri Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə göndərilib.

ELM və TƏHSİL KOMİTƏSİNDƏ
Dekabrın 15-də Elm və təhsil komitəsində “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

PARLAMENTDƏ 2017-ci İL DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ BAŞLANDI
Noyabrın 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu. İclasda Azərbaycan hökumətini təmsil edən bir sıra rəsmi şəxslər iştirak edirdilər.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Dekabrın 8-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişik edilməsi haqqında” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmişdir.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əli Hüseynli nəzərə çatdırdı ki, gündəliyə 8 qanun layihəsi daxil edilib. Sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİ MÜZAKİRƏ OLUNDU
Dekabrın 2-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Dekabrın 1-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi barədə, həmçinin “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq olunması haqqında” Qanunun ləğv olunması barədə məsələlər daxildir.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Dekabrın 1-də Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda 2017-ci ilin büdcə zərfinə daxil olan 4 məsələ müzakirə ediləcək. Əvvəlcə “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi barədə sənəd müzakirə edildi. Sənədi maliyyə naziri Samir Şərifov təqdim etdi.

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 3 məsələ - “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, Vergi Məcəlləsində, həmçinin“Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri daxildir.

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Noyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna edilən dəyişikliklərlə bağlı məlumat verdi. Qeyd olundu ki, əlavə ediləcək yeni maddə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilərək qanunvericiliyə əlavə edilir.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Noyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 6 qanun layihəsinə baxıldı. Komitənin sədri Əli Hüseynli öncə “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” məsələ barədə məlumat verdi.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə əlaqədar məlumat verdi. Qeyd olundu ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan sənəddə əsas məqsəd “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasını əsas tutur.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Noyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında” və “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunlara dəyişikliklər daxil edilib. Bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədardır.