
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Martın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 7 məsələyə baxıldı. Bank sektorunun real sektora təsirindən söz açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin bu sahəni tənzimləyəcəyini, Azərbaycanda bank sisteminin səmərəli formalaşmasına təsir göstərəcəyini qeyd etdi.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Martın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, iclasın gündəliyinə 7 qanun layihəsi daxil edilib. Birinci 3 qanun layihəsi İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrə dəyişikliklər edilməsi barədədir və eyni zərfdə daxil olub. Ölkəmizdə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətə başlaması bu dəyişikliklərin edilməsi zərurətini yaradıb.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Martın 17-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş 7 məsələ var.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Martın 10-da Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclası keçirildi.İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi daxil edilib. Qanun layihəsi hazırlanarkən bir sıra ölkələrin, əsasən isə Rusiya və Türkiyənin bu sahədəki qanunvericilik təcrübəsindən istifadə olunub.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 7-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, iclasda “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələyə baxılacaq.

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Martın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsinin müzakirəyə təqdim edildiyini diqqətə çatdırdı.

BƏLƏDİYYƏLƏRLƏ BAĞLI QANUNVERİCİLİK TƏKMİLLƏŞDİRİLİR
Martın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə yeni hazırlanmış “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi, həmçinin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

ƏMƏK QANUNVERİCİLİYİ TƏKMİLLƏŞDİRİLİR
Fevralın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 3 məsələ - “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Veteranlar haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxildir.

KOMİTƏDƏ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN MƏRUZƏSİ DİNLƏNİLDİ
Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verdi. Komitə sədri bildirdi ki, əvvəlcə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi təqdim olunacaq.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Fevralın 28-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq yeni hazırlanmış “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəyə təqdim edildiyini diqqətə çatdırdı.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASİNDA
Fevralın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə əvvəlcə Xocalı faciəsi ilə əlaqədar ölkədə keçirilən tədbirlərdən, faciənin beynəlxalq miqyasda tanıdılması ilə bağlı görülən işlərdən danışdı. Ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki xidmətlərindən söz açdı.

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Fevralın 15-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. İclası Milli Məclis Sədrinin müavini, komitənin sədri Bahar Muradova açdı.Vitse-spiker iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirdi. O, qeyd etdi ki, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ
Fevralın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclasda - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər müzakirə edildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Fərmana 2016-cı il 21 may və 9 iyun tarixlərində müvafiq dəyişikliklər edilmiş və Dövlət Sərhəd Xidmətinin üzərinə müəyyən vəzifələr qoyulmuş, hüquqlar verilmişdir. Prezidentin Fərmanında qeyd olunan məsələlərlə bağlı müzakirəyə çıxarılan qanunlara bir sıra düzəlişlər təklif olunur.

Regional məsələlər komitəsində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edildi
Fevralın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq bildirdi ki, müzakirəyə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Yanvarın 25-də Milli Məclisin yaz sessiyasında Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası oldu. Komitənin sədri Aqiyə Naxçıvanlı öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi. Qeyd edildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda bir sıra məsələ, o cümlədən 4 qanun layıhəsi geniş müzakirə edilib.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 10 məsələ müzakirə olunub, 8 qanun layihəsi Milli Məclisə baxılması üçün tövsiyə olunub və qəbul edilib.

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ
Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Fuad Muradov sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı və iclasın gündəliyini təqdim etdi.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 25-də Aqrar siyasət komitəsi yaz sessiyasında ilk iclasına toplaşdı və üç məsələyə baxdı. Komitənin sədri Eldar İbrahimov öncə 2016-cı il payız sessiyasının yekunlarından söz açdı. Bildirdi ki, hesabat dövründə komitə qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun fəaliyyət göstərib. 7 iclasda 17 məsələ müzakirə edilib və həmin qanun layihələrindən 15-i Milli Məclisdə qəbul olunub.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Yanvarın 25-də Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. Sədr İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2016-cı ilin payız sessiyası ərzində komitənin fəaliyyəti barədə hesabatı diqqətə çatdırdı.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi.Komitə sədri Arif Rəhimzadə millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, komitənin parlamentin 2016-cı ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim etdi. Sessiya dövründə görülən işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 22 məsələ müzakirə olunub.