
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Fevralın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdə 9 məsələ, o cümlədən iki yeni qanun layihələrinin olduğunu bildirdi.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov gündəliyə daxil edilən məsələlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında” qanun layihələrində edilən dəyişikliklər “Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların bəzi səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlı aparılıb.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Fevralın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə üç məsələ daxil edilib.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏTİ HƏYATA KEÇİRƏN ORQANIN İLLİK MƏRUZƏSİ DİNLƏNİLDİ
Fevralın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” ilə bağlı hesabat daxil edilib. Ədliyyə nazirinin müavini Vilayət Zahirov hesabatı təqdim etdi.

SƏHİYYƏ KOMİTƏSİNDƏ DİNLƏMƏLƏR KEÇİRİLDİ
Yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. İclasda komitənin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr oldu.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 29-da Milli Məclisin Elm və təhsil komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri İsa Həbibbəyli yeni ilin və sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, ötən sessiya ərzində komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2017-ci il payız sessiyasında komitənin 3 iclası keçirilib, bu iclaslarda 21 qanun layihəsi müzakirə olunub.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 29-da Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.Əvvəlcə 2017-ci ilin payız sessiyasında komitədə görülmüş işlər barədə hesabatı diqqətə çatdıran komitənin sədri Rafael Hüseynov bildirdi ki, payız sessiyasında komitənin 3 iclası keçirilmiş, 10 məsələ müzakirə edilmişdir. Sessiya ərzində komitəyə 126 müraciət daxil olmuş, 16 nəfər vətəndaş qəbul edilmişdir.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.İclası açan komitənin sədri Eldar İbrahimov bildirdi ki, payız sessiyasında komitənin 5 iclası keçirilmişdir. Həmin iclaslarda 17 məsələ, o cümlədən 13 qanun layihəsi müzakirə edilmişdir. Payız sessiyası ərzində komitəyə 70 müraciət daxil olmuş, 12 nəfər vətəndaş qəbul edilmişdir.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.İclası açan komitənin sədri Hadi Rəcəbli bildirdi ki, payız sessiyasında komitənin 6 iclası keçirilmişdir. Həmin iclaslarda 14 məsələ müzakirə edilmiş, 12 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur. Payız sessiyası ərzində komitəyə 473 müraciət daxil olmuş, 385 nəfər vətəndaş qəbul edilmişdir.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Yanvarın 26-da Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşan Regional məsələlər komitəsində iki məsələyə baxıldı. Öncə komitənin sədri Arif Rəhimzadə 2017-ci il payız sessiyasının yekunları barədə danışdı. Sonra iclasda Regional məsələlər komitəsinin 2018-ci ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olundu.

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 26-da Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda 2017-cı ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabat və 2018-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edildi.

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Yanvarın 25-də Ailə, qadın və uşaq məsələləri komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Aqiyə Naxçıvanlı öncə 2017-ci il payız sessiyasının yekunlarından söz açdı. Sonra iclasda 2018-ci ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olundu.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olundu. Öncə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verdi.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov gündəliyə daxil edilən məsələləri təqdim etdi.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Dekabrın 22-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi.Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə 3 məsələ daxildir.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi.Komitə sədri Arif Rəhimzadə əvvəlcə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişiklik barədə məlumat verdi. Bildirildi ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi. Qanun layihəsindəki dəyişiklikləri diqqətə çatdıran komitə sədri bildirdi ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır.

RUSİYA DÖVLƏT DUMASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ
Dekabrın 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclası keçirildi.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 8-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi.Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.