
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində üç məsələ var.

AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR
Mayın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

DƏRMAN TƏHLÜKƏSİZLİYİ PRİORİTET MƏSƏLƏDİR
Mayın 3-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Gündəlikdə iki məsələnin olduğunu deyən komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna edilən dəyişiklik redaktə xarakterlidir və “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. İkinci məsələnin vacibliyini önə çəkən Səhiyyə komitəsinin sədri vurğuladı ki, təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir. Əhalinin yüksək keyfiyyətli dərmanla təchiz olunması dövlətimizin diqqət mərkəzindədir.

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Mayın 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, qanunvericilik təşəbbüsü qaydasında dövlət başçısı tərəfindən bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı parlamentə sənədlər daxil olub. Qanunlara təklif olunan dəyişikliklər 2017-ci il 14 aprel tarixində qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Mayın 2-də Milli Məclisdə İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirildi. İclasda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələ dinlənildi. Öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəlikdəki məsələ barədə fikirlərini açıqladı.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxildir. Birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Aprelin 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələyə baxıldı. Öncə komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumat verdi.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 24-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, bugünkü iclasın gündəliyinə iki məsələ daxil edilib. Qeyd edildi ki, “Torpaq islahatı haqqında” qanuna və Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi barədə məsələlər ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə cənab İlham Əliyevin yenidən Prezident seçilməsi münasibəti ilə təbriklərini çatdırdı. Qeyd edildi ki, xalqımız Azərbaycanın dinamik inkişafına, sabitliyə səs verərək, Prezident İlham Əliyevə etimad göstərdiyini növbəti dəfə nümayiş etdirdi. Ziyad Səmədzadə bildirdi ki, gündəliyə iqtisadi sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova əvvəlcə 11 aprel – Prezident seçkilərində qazandığı uğurlu qələbəyə görə Azərbaycanın dövlət başçısına təbriklərini çatdırdı. Vitse-spiker bildirdi ki, Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə müdrik seçim edərək, ölkə prezidenti İlham Əliyevə səs verdi. O, demokratik, şəffaf, ədalətli seçki prosesində iştirakına görə hamıya təşəkkürünü bildirdi və bu seçimin hər bir vətəndaşımızın üzərinə qoyduğu vəzifələrdən söz açdı.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Aprelin 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi. Komitə sədrləri Ziyafət Əsgərov və Siyavuş Novruzov iclas iştirakçıları adından dövlət başçısı cənab İlham Əliyevin ünvanına yenidən Prezident seçilməsi münasibəti ilə səmimi təbriklərini səsləndirdilər, ölkəmizin daha da güclənməsi naminə gələcək fəaliyyətində uğurlar arzuladılar.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Əvvəlcə komitə sədri Rafael Hüseynov ölkədə uğurla başa çatan prezident seçkilərində xalqın iradəsi ilə cənab İlham Əliyevin 7 il müddətinə dövlət başçısı seçilməsi münasibətilə xoş arzularını çatdırdı.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Aprelin 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli 11 aprel seçkiləri münasibətilə hamını təbrik etdi. O, bu seçkinin nəticələrini Azərbaycan xalqının qələbəsi adlandırdı. Komitə sədri bildirdi ki, Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə müdrik seçim edərək, ölkə prezidenti İlham Əliyevə səs verdi. Bu həm də xalqın öz gələcək uğurlu inkişafına səs verməsi demək oldu. Azərbaycanımız bununla dünyada öz nüfuzunu, öz inkişafını bir qədər də artıracaq, növbəti yeddi ildə zəfərlərimiz daha çox olacaq.Sonra komitədə “Məşğulluq haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirildi.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Aprelin 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi.Komitənin sədri İsa Həbibbəyli əvvəlcə aprelin 11-də ölkəmizdə Prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı, xalqımızı uğurlu seçim münasibətilə təbrik etdi.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxildir.

TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ
Martın 29-da Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəlikdə Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş iki məsələ var.

ELM və TƏHSİL KOMİTƏSİNDƏ
Martın 15-də Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən birinci oxunuşdan sonra Prezident Aparatında mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. Konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib. Bütün bunlar ölkəmizdə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir.

AZAD İQTİSADİ ZONANIN FƏALİYYƏTİ QANUNLA TƏNZİMLƏNƏCƏK
Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Fevralın 20-də Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İclasa sədrlik edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü gündəliyə 14 məsələ daxil edilib. Komitə sədri fevralın 19-da ölkə Prezidenti tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı 3 mühüm sənədin imzalandığını bildirdi.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Fevralın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə təqdim olunub.