
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Sentyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq növbəti sessiyada həmkarlarına uğurlar dilədi, gündəlik barədə məlumat verdi.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 7-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasına toplaşdı. Yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, bugünkü iclasın gündəliyinə 5 məsələ daxil edilib.

AZƏRBAYCAN-ÇİN DOSTLUĞU QƏDİM TARİXƏ SÖYKƏNİR
Avqustun 31-də Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının nümayəndə heyəti ilə görüşdülər. Qonaqları salamlayan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov qeyd etdi ki, ölkələrimiz arasındakı dostluq əlaqələri qədim tarixə söykənir. Prezident İlham Əliyevin ÇXR-ə səfərlərinin ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdiyini vurğulayan komitə sədri Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu olduğunu qeyd etdi.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər və “Hesablama Palatası haqqında”(üçüncü oxunuş) qanun layihəsi daxildir.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
İyunun 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir.

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
İyunun 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Parlament Sədrinin müavini, komitə sədri Bahar Muradova öncə komitənin sədr müavini Yevda Abramovu 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı. Vitse-spiker millət vəkilinin qanunvericilik sahəsində səmərəli fəaliyyət göstərdiyini, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində faydalı işlər gördüyünü, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etdiyini söylədi və bunların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, gündəliyə bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ TƏQDİMAT KEÇİRİLDİ
İyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatı keçirildi.Təqdimatdan əvvəl iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış oldular.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
İyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxıldı.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
İyunun 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə müzakirəyə təqdim edilən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişikliklər edilməsi barədə danışdı. Komitə sədri qeyd etdi ki, hazırda bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 30-da keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirələri aparıldı. Komitə sədri Hadi Rəcəbli diqqətə çatdırdı ki, layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər verildi. Səsləndirilən fikirlər ikinci oxunuş üçün təqdim olunan sənəddə öz əksini tapıb.

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Mayın 29-da Milli Məclisin İnsan hüquqları komitəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı, müstəqillik dövründə Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı. Vitse-spiker gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Sevinc Rəhimova qanun layihəsini təqdim etdi.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Mayın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman komitələrinin birgə iclası keçirildi. Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə deputatlar “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişikliklər edilməsi barədə məsələni müzakirə etdilər. Əli Hüseynli bildirdi ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanunla bağlı təxminən 50-yə yaxın qanuna dəyişiklik etmək zərurəti yaranıb.

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılıb.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Mayın 23-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında altı məsələyə baxıldı. Gündəlik barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov qeyd etdi ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Mayın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyin birinci məsələsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsidir.Qanun layihəsinin üçüncü oxunuşu barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verdi.

MİLLİ MƏCLİSİN KOMİTƏSİNDƏ “2017-ci İLİN DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA” SƏNƏD MÜZAKIRƏ OLUNDU
Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verdi.Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Ziyad Səmədzadə sözügedən sənədi ətraflı şərh edərək bildirdi ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il büdcənin icrası haqqında məsələyə baxılır.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədr müavini Eldar Quliyev iclası açaraq bildirdi ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara və Torpaq Məcəlləsinə dəyişikliklərlə bağlı məsələlər daxil edilib. Qanun layihələri ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA
Mayın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunacaq. Sənəd Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Komitə sədri diqqətə çatdırdı ki, Hesablama Palatası yaradıldığı gündən uğurla fəaliyyət göstərir və Milli Məclisin Dövlət büdcəsinə nəzarətini həyata keçirir. 1999-cu ildə qəbul edilmiş müvafiq qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanmış və birinci oxunuşda Milli Məclisdə qəbul edilmişdır.