Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
467

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK

İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.İclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur. Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

04 iyun 2020    10:06
464

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi.Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlər barədə danışdı. Bu sahədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini yüksək qiymətləndirən komitə sədri ölkə vətəndaşları tərəfindən karantin rejiminin yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu vurğuladı.

04 iyun 2020    04:06
888

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Tədbirdə komitə sədri Tahir Mirkişili bildirdi ki, iclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.

03 iyun 2020    03:06
1642

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli bildirdi ki, iclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq. Ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan hər iki qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılır. Qeyd edildi ki, eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

01 iyun 2020    03:06
452

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Tahir Mirkişili bildirdi ki, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

22 may 2020    12:05
475

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə iki məsələ - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri daxildir. Hər iki sənəd ikinci oxunuşda təqdim olunur.

21 may 2020    12:05
467

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNDƏ

Mayın 20-də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında 7 məsələyə baxıldı.Gündəlik barədə məlumat verən komitənin sədri Səməd Seyidov öncə VI çağırış Milli Məclisdə xanım Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparıldığını vurğuladı, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətə başladığını bildirdi. Səməd Seyidov qarşıdan gələn Ramazan bayramı və Respublika günü ilə əlaqədar deputatlara təbriklərini çatdırdı.

20 may 2020    02:05
512

İNSAN HÜQUQLARI, HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Xəbər verildiyi kimi, mayın 18-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Orucov iclası açaraq bildirdi ki, bu gün Laçın rayonunun işğalının anım günüdür. Bu hadisə ilə əlaqədar iclas iştirakçıları torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

18 may 2020    04:05
443

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Xəbər verildiyi kimi, mayın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

14 may 2020    01:05
465

İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNİN İCLASINDA

Mayın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirildi.İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli müzakirəyə təqdim edilən məsələ barədə məlumat verdi.

12 may 2020    06:05
493

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Mayın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi var.

12 may 2020    06:05
580

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə 11 məsələ daxil edilib.Qeyd olundu ki, birinci məsələ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir (birinci oxunuş), digər on məsələ isə “Əlillərin hüquqları haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar müxtəlif qanunvericilik aktlarına uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklərdir.

12 may 2020    06:05
497

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Tahir Rzayev məlumat verdi ki, gündəlikdə parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsi var.Qeyd olundu ki, həmin qanun layihələrindəki “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” və “Atçılıq haqqında” qanunlarda, həmçinin Torpaq Məcəlləsində dəyişiklik edilməsinə dair məsələlər Aqrar siyasət komitəsinə aiddir. Təqdim edilmiş qanun layihələrinin hamısı uyğunlaşdırma xarakteri daşıyır və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli qanunun tətbiqi məqsədi ilə hazırlanıb.

12 may 2020    03:05
492

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Mayın 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ daxil edilib.

08 may 2020    05:05
569

SƏHİYYƏ KOMİTƏSİNDƏ COVID-19-la BAĞLI VƏZİYYƏT MÜZAKİRƏ OLUNDU

Mayın 7-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında 7 məsələyə baxıldı. Öncə “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə” məsələ müzakirə olundu. Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verib. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin sayı çox aşağıdır. Dövlət başçısının gündəlik nəzarəti, diqqət və qayğısı sayəsində müvafiq dövlət qurumları vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. Görülən işlər müsbət nəticəsini verir. Lakin dünyanı bürümüş bu məşum bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır.

07 may 2020    07:05
422

MİLLİ MƏCLİSİN GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib. İclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.

07 may 2020    04:05
476

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Mayın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.

07 may 2020    02:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.