Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
774

Mədəniyyət komitəsində

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öncə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi. Vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Milli Məclisin Sədri xanım Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir.

17 sentyabr 2020    16:19
782

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.

17 sentyabr 2020    16:10
610

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsin iclasında

Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzuladı. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi.

15 sentyabr 2020    15:39
1072

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir etdi.

14 sentyabr 2020    15:33
531

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Əli Hüseynli yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

11 sentyabr 2020    14:40
979

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev bildirdi ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat təqdim olunacaq, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq, 7 qanun layihəsi müzakirə olunacaq.

09 sentyabr 2020    14:15
532

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirildi.Konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olundu. Bildirildi ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

17 avqust 2020    05:08
549

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Avqustun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Tahir Mirkişili bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.Əvvəlcə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəs birinci oxunuşdai müzakirə edildi.

04 avqust 2020    06:08
623

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə dörd məsələ daxil olub. Hər dörd layihə birinci oxunuşda müzakirəyə çıxarılıb.

04 avqust 2020    02:08
512

İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNİN İCLASINDA

İyunun 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti onlayn iclası keçirilib.İclası aparan Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatlara məlumat verib ki, gündəliyə birinci oxunuşda 3 məsələ daxil edilib və həmin qanun layihələri parlamentə bir zərfdə təqdim olunub.

24 iyun 2020    02:06
453

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

İyunun 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili gündəliyə daxil edilən 4 məsələnin hər biri haqqında iclas iştirakçılarına məlumat verib.Onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” (ücüncü oxunuş) qanun layihəsi müzakirə edildi.

17 iyun 2020    11:06
488

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirildi.Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə bir məsələ daxil edilmişdir.

16 iyun 2020    12:06
513

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 16-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.

16 iyun 2020    03:06
537

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verdi.Bildirildi ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.

08 iyun 2020    01:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.