Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
885

Milli Məclis komitələrinin birgə iclasında koronavirus infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib

Fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib. Dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.

04 fevral 2021    18:31
937

Parlamentin İqtisadi siyasət komitəsinin iclasında

Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

27 yanvar 2021    14:13
966

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb.

26 yanvar 2021    15:12
892

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

26 yanvar 2021    12:04
985

İctimai birliklər və dini qurumlar komitəsində

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib. Onlayn iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib.

25 yanvar 2021    14:51
1023

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ daxildir. Sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı və komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında məlumat verib.

23 yanvar 2021    15:32
621

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda komitə sədri Tahir Mirkişili yeni sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

22 yanvar 2021    15:21
792

Gənclər və idman komitəsində

Yanvarın 22-də Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşıb. Onlayn iclasda Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öncə Vətən müharibəsində qazanılmış qələbə münasibətilə deputatları bir daha təbrik edib.

22 yanvar 2021    14:43
686

Səhiyyə komitəsinin iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

21 yanvar 2021    18:58
501

Komitələrin birgə iclasında

Dekabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

25 dekabr 2020    11:59
620

2021-ci ilin büdcə zərfi 7 komitənin birgə iclasında müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.

23 dekabr 2020    16:28
616

Milli Məclisin komitələrində 2021-ci ilin dövlət büdcəsinin müzakirələrinə başlandı

Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Qanun layihələri birinci oxunuşda müzakirə olunacaqdır.

23 dekabr 2020    11:40

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.