Əmək və sosial siyasət komitəsinin iclasında
Dekabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası açaraq gündəliyə beş məsələnin daxil edildiyini bildirib və məsələlər barədə məlumat verib.
Milli Məclisdə “Turizm haqqında” yeni qanun layihəsi müzakirə olunub
Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclası keçirilib.
Komitələrin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib
Dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. İclasda ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Dekabrın 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 6 məsələnin daxil edildiyini bildirib.
Komitələrin birgə onlayn iclasında
Dekabrın 7-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclası keçirilib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə bəzi qanunlara dəyişikliklərlə bağlı üç məsələ daxil edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə gələn ilin büdcə zərfinə dair qanun layihələri ilə yanaşı, bir sıra digər qanun layihələri də daxildir.
Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası aşaraq bildirib ki, gündəliyə 10 məsələ daxil edilib. Təqdim olunan məsələlər birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edilib
Noyabrın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
2022-ci ilin dövlət büdcəsi komitələrin birgə iclasında müzakirə olunub
Noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuşda) müzakirə olunub.
Aqrar komitədə görüş
Noyabrın 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin 4 komitəsi İntizam komissiyası ilə birgə 2022-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edib
Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfinin müzakirəsi başlandı
Noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan 4 qanun layihəsi – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclasında
Noyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Noyabrın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim olunmuş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Regional məsələlər komitəsinin iclasında
Noyabrin 3-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.
Səhiyyə komitəsinin iclasında
Noyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib. İclası acan komitə sədri Əhliman Əmiraslanov qarşıdan gələn “8 Noyabr – Zəfər Günü” münasibətilə təbriklərini çatdırıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsində
Noyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub. İclasda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ictimai müzakirələr keçirilib
Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin ictimai müzakirələrini təşkil edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Gündəliyin təsdiqindən sonra komitənin sədri Tahir Mirkişili müzakirəyə çıxarılan ilk iki qanun layihəsinin bir-biri ilə bağlı olduğunu bildirib.

