Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
913

Əmək və sosial siyasət komitəsinin iclasında

Mayın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ - “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

23 may 2022    15:00
1007

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili bildirib ki, iclasda 9 məsələ müzakirəyə çıxarılıb.
Əvvəlcə, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

20 may 2022    17:10
878

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Mayın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

19 may 2022    17:00
841

Səhiyyə komitəsinin iclasında

Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. İclası acan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

19 may 2022    16:19
998

Əmək və sosial siyasət komitəsinin iclasında

Mayın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Onlayn iclası açan komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

11 may 2022    17:55
768

Elm və təhsil komitəsinin iclasında

Mayın 10-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə üçüncü oxunuşda olan iki qanun layihəsi - “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

10 may 2022    18:07
1011

Əmək və sosial siyasət komitəsində

Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə ikinci oxunuşda 3 məsələ - “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

29 aprel 2022    15:53
827

Elm və təhsil komitəsinin iclasında

Aprelin 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Bəxtiyar ƏIiyev bildirib ki, gündəliyə iki məsələ - “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), habelə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri daxil edilib.

29 aprel 2022    14:22
1177

Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib

Aprelin 27-də Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

27 aprel 2022    17:40
768

Aqrar siyasət komitəsinin iclasında

Aprelin 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, gündəliyiə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) daxildir.

25 aprel 2022    16:33
938

Komitələrin birgə iclasında

Aprelin 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Mədəniyyət komitələrinin video-konfrans formatında birgə iclası keçirilib.

22 aprel 2022    15:20

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.