Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
674

Komitələrin birgə iclasında

Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

10 noyabr 2022    19:10
920

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə olunub

Noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub.

03 noyabr 2022    19:45
728

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Noyabrın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.

01 noyabr 2022    18:22
777

Milli Məclisin komitələrinin Şuşada birgə iclası keçirilib

Oktyabrın 31-də Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev iclas iştirakçılarını azad Şuşada, şanlı Zəfər Gününün ildönümü ərəfəsində salamlamaqdan qürur duyduğunu bildirib.

31 oktyabr 2022    18:00
634

İnsan hüquqları komitəsinin iclasında

Oktyabrın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Zahid Oruc bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

28 oktyabr 2022    13:10
918

Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

19 oktyabr 2022    14:53
699

İnsan hüquqları komitəsinin iclasında

Oktyabrın 7-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc iclası açaraq gündəliyə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunun layihəsinin daxil edildiyini deyib.

07 oktyabr 2022    17:10
667

Əmək və sosial siyasət komitəsinin onlayn iclasında

Oktyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib. İclasda gündəliyə daxil olan 4 məsələ ilə bağlı komitənin sədri Musa Quliyev məlumat verib.

07 oktyabr 2022    16:29
705

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

07 oktyabr 2022    15:55
824

Əmək və sosial siyasət komitəsinin iclasında

Sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. 4 məsələdən ibarət gündəlik təsdiq edildikdən sonra birinci məsələnin müzakirəsi başlanıb.

28 sentyabr 2022    17:52
886

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Sentyabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddə Ermənistan tərəfindən törədilən təxribatın qarşısı alınarkən qəhrəmancasına döyüşərək şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

23 sentyabr 2022    18:28

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.