Səhiyyə komitəsinin iclasında
İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuşda olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
İyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 12-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 36 məsələnin daxil edildiyini söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib. İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 41 məsələnin daxil edildiyini söyləyib.
Elm və təhsil komitəsinin iclasında
İyunun 5-də-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi mahiyyətcə bir-biri ilə bağlıdır.
Milli Məclis komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olunub
İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib.
Parlament komitələrinin birgə iclasında
İyunun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Mayın 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
Parlamentin komitə iclasında 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub
Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasda 4 məsələnin müzakirəyə çıxarıldığını, birinci məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) olduğunu söyləyib.
Elm və təhsil komitəsinin iclasında
Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib.
Səhiyyə komitəsinin iclasında
Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu günlərdə Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasın keçirilməsinin əhəmiyyətindən danışıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Mayın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyinə üç məsələnin daxil edildiyini deyib.
“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb
Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə bir məsələ - “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
Komitələrin birgə iclasında
Mayın 8-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib
Mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə iki məsələnin daxil edildiyini deyib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Mayın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.
Elm və təhsil komitəsinin iclasında
Aprelin 28-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi - “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda və Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır.
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Aprelin 27-də Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
İclası açan komitə sədri Hicran Hüseynova bir neçə gün əvvəl Azərbaycan tərəfinin öz suveren hüququna uyğun olaraq Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi qurması, Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalanması ilə bağlı fikirlərini bölüşüb. Hicran Hüseynova vurğulayıb ki, dövlət başçımız cənab İlham Əliyevin siyasi müdrikliyi, qətiyyəti, iradəsi nəticəsində əldə olunan uğurlar, effektli regional və beynəlxalq təşəbbüslər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin qüdrətini, beynəlxalq nüfuzunu daim yüksəldir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Aprelin 27-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Parlament sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə 16 məsələnin daxil edildiyini bildirib.

