Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Martın 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Fevralın 21-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların – bacı və qardaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Fevralın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib.
Regional məsələlər komitəsinin iclasında
Fevralın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını deyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasda 3 məsələnin müzakirəyə çıxarıldığını deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Fevralın 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Fevralın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbərdən kədərləndiklərini bildirib, zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Fevralın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib və ilk iki məsələ, yəni birinci oxunuşda olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə eynidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Yanvarın 27-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktı ilə bağlı məlumat hamımızı sarsıdıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Aqrar siyasət komitəsinin iclasında
Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Zahid Oruc deputatlara qarşıdan gələn sessiyada uğurlar diləyib və gündəlik barədə məlumat verib.
Gənclər və idman komitəsinin iclasında
Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.İclası açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev yaz sessiyasının başlanması münasibətilə komitə üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Səhiyyə komitəsinin iclasında
Yanvarın 25-də Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib, onlara uğurlu fəaliyyət arzulayıb. Komitə sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ, o cümlədən 2022-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi və bir sıra qanunlarda dəyişikliklərlə bağlı sənədlər daxil edilib.
Mədəniyyət komitəsinin iclasında
Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Qənirə Paşayeva qarşıdakı sessiyada deputatlara uğurlar diləyərək gündəlik barədə məlumat verib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Yanvarın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili yeni sessiyanın başlaması münasibəti ilə həmkarlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. O, iclasda 22 məsələnin müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.
İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Yanvarın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli deputatları yeni sessiyasının başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Əmək və sosial siyasət komitəsinin iclasında
Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında
Yanvarın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. O, diqqətə çatdırıb ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib.
Elm və təhsil komitəsinin iclasında
Yanvarın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev 20 Yanvar faciəsindən danışıb.