Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
1375

Regional məsələlər komitəsinin iclasında

Oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov iclasda üç məsələnin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.

11 oktyabr 2024    16:30
1053

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Oktyabrın 4-də VII çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Əvvəlcə komitə sədri Azər Əmiraslanov komitə üzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

04 oktyabr 2024    18:05
897

Regional məsələlər komitəsinin iclasında

Oktyabrın 4-də VII çağırış Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov növbədənkənar seçkilərdə deputat mandatı qazanmış komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

04 oktyabr 2024    16:40
921

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclası keçirilib. Tədbirdə Milli Məclisin bir sıra komitələrinin sədrləri, ictimai birliklərin nümayəndələri, ekspertlər və digər rəsmi şəxslər iştirak edirdilər.

04 oktyabr 2024    16:15
788

Səhiyyə komitəsinin iclasında

Oktyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

03 oktyabr 2024    15:32
838

Aqrar siyasət komitəsinin iclasında

Oktyabrın 2-də VII çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

02 oktyabr 2024    18:24
1816

Elm və təhsil komitəsinin iclasında

İyunun 27-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyası ərzində fəaliyyəti barədə hesabat daxil edilib.

27 iyun 2024    15:38
1678

Regional məsələlər komitəsində

İyunun 24-də Milli Məclisin Regional məsələlər komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.

24 iyun 2024    15:15

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.