Ana səhifə  /  XƏBƏRLƏR
1065

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2024-cü ilin dövlət büdcəsi müzakirə olunub

Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) daxil olduğunu deyib. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini söyləyib.

02 noyabr 2023    19:17
465

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentindən olan bir sıra deputatların Ermənistana səfəri ilə bağlı bəyanatı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.

01 noyabr 2023    16:34
862

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəliyə bir məsələnin - “Arbitraj haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib.

30 oktyabr 2023    17:11
754

Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev iclası açaraq, gündəliyə iki məsələnin daxil edildiyini söyləyib.

30 oktyabr 2023    11:35
470

İraq parlamentinin deputatları Şuşa şəhərində olublar

Ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi İraq parlamentinin nümayəndə heyəti oktyabrın 29-da Şuşa şəhərinə səfər edib.

29 oktyabr 2023    20:23
663

Milli Məclisin sədri Sahibə Qafarova Karaqanda vilayətində baş vermiş faciə ilə əlaqədar Qazaxıstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevə və ölkə Parlamenti Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.

28 oktyabr 2023    15:22
438

Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq

Milli Məclisin Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün oktyabrın 30-da bu ölkənin Brazilia şəhərinə səfər edəcək.

28 oktyabr 2023    11:44
404

Milli Məclisin deputatları QDİƏT PM-in tədbirlərində iştirak edəcəklər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əhmədova və Ramin Məmmədov bu qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

28 oktyabr 2023    11:41
847

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib

Oktyabrın 27-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin İnsan hüquqları komitəsi ilə birgə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləməsi keçirilib.

27 oktyabr 2023    17:30
569

Milli Məclisin sədr müavini Adil Əliyev Naxçıvanda gənclərlə görüşüb

“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərin davamı kimi “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda Naxçıvan şəhərində keçirilən tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev gənclərlə görüşüb.

27 oktyabr 2023    16:40
430

Milli Məclisdə İraq nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi İraq nümayəndə heyəti ilə görüşüb.

27 oktyabr 2023    15:30

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.