Ana səhifə  /  XƏBƏRLƏR
175

Ekspert Şurasının iclasında

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan-Rusiya Ekspert Şurasının 2-ci iclasında iştirak etmək üçün noyabrın 15-dən 18-dək Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olacaq.

15 noyabr 2022    12:39
171

Milli Məclisin deputatı Avropa Şurasının tədbirində iştirak edəcək

Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurasının Uşaq hüquqları koordinasiya komitəsinin 6-cı iclasında iştirak etmək üçün noyabrın 14-dən 18-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.

14 noyabr 2022    15:08
184

Deputatımız beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.

14 noyabr 2022    10:10
184

Milli Məclisin deputatı Dünya İqlim Sammitində iştirak edəcək

Milli Məclisin deputatı Ramin Məmmədov noyabrın 13-də və 14-də Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim dəyişikliyi Konfransı çərçivəsində keçiriləcək Dünya İqlim Sammitində iştirak edəcək.

12 noyabr 2022    12:01
606

Komitələrin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinə baxılıb

Noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iclası açaraq qeyd edib ki, müzakirəyə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil edilən 8 məsələ təqdim olunub.

11 noyabr 2022    19:50
451

Komitələrin birgə iclasında

Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

10 noyabr 2022    19:10
196

Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər

Milli Məclisin deputatları Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.

10 noyabr 2022    17:57
239

MDB PA-nın komissiya iclaslarında

Noyabrın 10-da MDB PA-nın Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə və Hüquqi məsələlər üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib.

10 noyabr 2022    17:32
190

Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək

Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

05 noyabr 2022    19:21
227

Türk iş adamları ilə görüşdə

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) idarə heyəti ilə görüş keçirilib.

05 noyabr 2022    18:36
191

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin bir qrup deputatı noyabrın 8-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.Səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Erkin Qədirli Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

05 noyabr 2022    17:31
190

Zəfər Günü ilə bağlı tədbirlərdə

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün noyabrın 6-da Rusiyanın Moskva şəhərinə səfər edəcək.

05 noyabr 2022    16:38
214

Zəfər Gününə həsr olunan tədbirlərdə

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün noyabrın 7-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcək.

05 noyabr 2022    10:16

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.