Ana səhifə  /  XƏBƏRLƏR
2920

Parlament Aparatında vakant vəzifələrə müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaqdır.

04 fevral 2023    10:38
566

Əmək və sosial siyasət komitəsinin iclasında

Fevralın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib və ilk iki məsələ, yəni birinci oxunuşda olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə eynidir.

03 fevral 2023    18:23
746

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.
Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker yaz sessiyasının başlaması münasibətilə təbriklərini çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.

01 fevral 2023    19:36
235

Elm və təhsil komitəsində TBMM nümayəndə heyəti ilə görüş

Yanvarın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

31 yanvar 2023    18:40
301

Aqrar siyasət komitəsində TBMM-in nümayəndə heyəti ilə görüş

Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

31 yanvar 2023    18:36
355

Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının "İslam dünyası: modernləşmə və inkişaf çağırışları" mövzusunda keçirilən 17-ci sessiyasında çıxış edib.

30 yanvar 2023    20:29
365

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub. Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.

30 yanvar 2023    19:56

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.