Ana səhifə  /  XƏBƏRLƏR
635

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da Milli Məclisin sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

10 may 2024    13:08
763

Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərinə səfər edəcəklər.

10 may 2024    12:35
615

QDİƏTPA Baş Assambleyasının 63-cü plenar iclasında

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPA-da nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Jalə Əhmədova və Kamran Bayramov mayın 12-də QDİƏTPA-nın Baş Assambleyasının 63-cü plenar iclasında iştirak etmək üçün Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.

10 may 2024    12:29
1446

Milli Məclisin iclasında

Mayın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

07 may 2024    18:28
620

Bosniya və Herseqovinalı deputatla görüşdə

Mayın 3-də Milli Məclisin deputatı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev Bosniya və Herseqovina Nümayəndələr Palatasının deputatı Nihad Omeroviç ilə görüşüb.

03 may 2024    14:38
469

Milli Məclisdə argentinalı deputatla görüş

Mayın 3-də Milli Məclisin deputatı, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar İskəndərov Argentina Parlamentinin deputatı Nahuel Sotello ilə görüşüb.

03 may 2024    14:11
606

İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüşdə

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova mayın 1-də İspaniya Senatının Milli təhlükəsizlik və müdafiə komissiyası sədrinin müavini Jose Antonio Monago Terrazanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

02 may 2024    18:24
795

Milli Məclisin sədri Sahibə Qafarova Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.

02 may 2024    17:13

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.