Ana səhifə  /  XƏBƏRLƏR
884

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

27 may 2024    17:15
874

Elm və təhsil komitəsinin iclasında

Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.
Komitənin sədri Bəxtiyar Əliyev iclasda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirə ediləcəyini söyləyib.

27 may 2024    16:18
534

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev mayın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

25 may 2024    11:09
456

Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərlə bağlı etiraz məktubu

Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.

24 may 2024    21:27
1390

Milli Məclisin plenar iclasında

Mayın 24-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

24 may 2024    18:37
868

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Mayın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Tədbirdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

23 may 2024    18:09
563

Milli Məclisdə görüş

Mayın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ-ın Men ştatında fəaliyyət göstərən Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 may 2024    18:00
617

Milli Məclisdə görüşlər

Mayın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr və Redaksiya və nəşr işləri şöbələrinin əməkdaşları arasında görüş keçirilib.

23 may 2024    17:23
471

Milli Məclisdə görüş

Mayın 23-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 may 2024    14:23
521

NATO PA-nın yaz sessiyasında

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

23 may 2024    09:25
673

Milli Məclisdə görüşlər

Mayın 22-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbələrinin əməkdaşları arasında görüş keçirilib.

22 may 2024    18:29
2093

Əmək və sosial siyasət komitəsinin iclasında

Mayın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib.

22 may 2024    17:23

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.