Ana səhifə  /  XƏBƏRLƏR
208

Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək

Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

17 aprel 2023    12:50
330

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında Ermənistanın hərbi-siyasi təxribatları barədə çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edib. Spiker Sahibə Qafarova çıxışında Ermənistanın hərbi – siyasi təxribatları barədə geniş məlumat verib.

14 aprel 2023    17:18
396

Mədəniyyət komitəsinin iclasında

Aprelin 14-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə bir məsələ - İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi daxil edilib.

14 aprel 2023    17:07
181

Milli Məclisin deputatları Romaya səfər edəcəklər

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili aprelin 17-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.

14 aprel 2023    15:57
224

Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev aprelin 17-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.

14 aprel 2023    15:53
191

Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, və deputat Ramil Həsən aprelin 17-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.

14 aprel 2023    15:43
234

Dostluq qruplarının onlayn görüşündə

Aprelin 11-də Milli Məclisin Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Birləşmiş Ərəb Əmirlikləri parlamentinin Azərbaycanla dostluq komitəsi arasında videokonfrans formatında görüş keçirilib.

11 aprel 2023    17:07
216

QDİƏT Parlament Məclisinin komitə iclasında

Aprelin 11-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Texnoloji və ekoloji məsələlər üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib.

11 aprel 2023    16:44

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.