
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib.

Deputatımız Türkiyədə səfərdədir
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Deputatlar Gürcüstanda Ümummilli Lider Heydər Əiyevin yubiley tədbirlərində iştirak edəcəklər
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 27-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcək.

Milli Məclisin iclasında
Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olub.

Deputatlarımız Özbəkistana səfər edəcəklər
Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlaması
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində olub. Spiker, burada "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.

Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində məruzə ilə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilib
Aprelin 20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının videokonfrans formatında 10-cu iclası keçirilib.
Koreyalı parlamentarilərlə görüşdə
Aprelin 20-də Milli Məclisin sədr müavini Fəzail İbrahimli Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Koreya Milli Assambleyasının üzvü Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Şəhidlər xiyabanını ziyarət edib.

Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak edəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.

AŞPA-nın yaz sessiyasında
Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
_1681968500.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib
Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
_1681908664.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Senatının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Tomaş Qrodzki ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova və Polşa Respublikası Seyminin sədri Elzbieta Vitek Varşava şəhərində Polşa Seymində təşkil olunan "Azərbaycanda Polşa irsinin inciləri" sərgisində iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Seyminin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin sədri Elzbieta Vitek ilə görüşüb.
_1681824096.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Prezidenti ilə görüşüb
Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfərə gəlib
Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşa Respublikasının paytaxtı Varşava şəhərinə rəsmi səfərə gəlib.