Ana səhifə  /  XƏBƏRLƏR
244

Milli Məclisdə görüş

Mayın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Moldova Parlamentinin sədr müavini Mixail Popşoy ilə görüşüb.

16 may 2023    18:57
405

Milli Məclisin inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib

Mayın 16-da Milli Məclisin inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib. Parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici ölkələrin nümayəndələri yubiley iclasından əvvəl sərgi ilə tanış olublar.

16 may 2023    14:18
364

Spiker Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına gəlib.

15 may 2023    21:54
214

Milli Məclisdə görüş

Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

15 may 2023    19:19
303

Xorvatiya parlament nümayəndə heyəti ilə görüşdə

Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

15 may 2023    17:58
230

Xorvatiya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

15 may 2023    15:25
206

AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 14-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.

13 may 2023    10:02
891

Milli Məclisin iclasında

Mayın 12-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

12 may 2023    18:50
514

“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb

Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə bir məsələ - “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

11 may 2023    18:01
222

Milli Məclisin deputatı Türkiyənin Konya şəhərində səfərdə olacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Türkiyə Respublikasında keçiriləcək prezident və parlament seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) xətti ilə müşahidə etmək üçün mayın 12-də Türkiyənin Konya şəhərinə səfər edəcək.

11 may 2023    17:46

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.