Ana səhifə  /  XƏBƏRLƏR
517

Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində mövcud olan vəziyyətlə bağlı beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar

Avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədi güdən cəhdlərlə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

15 avqust 2023    20:33
417

Milli Məclisin sədri Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib

Avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dağıstan Xalq Məclisinin sədri Zaur Askenderova başsağlığı məktubu göndərib.

15 avqust 2023    16:45
288

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Kamran Bayramov parlamentin müşahidəçi qismində təmsil olunduğu Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş Assambleyasının 44-cü iclasında iştirak etmək məqsədilə avqustun 6-dan İndoneziya Respublikasının Cakarta şəhərində səfərdədir.

09 avqust 2023    16:29
1057

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının açıq məktubu

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsi qurmuşdur.

01 avqust 2023    20:08
468

Türkiyə və Azərbaycan parlamentariləri arasında görüş

İyulun 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvləri arasında görüş keçirilib.

18 iyul 2023    16:20
295

TBMM Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

İyulun 18-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

18 iyul 2023    14:51
307

TBMM-in sədri TÜRKPA Katibliyi ilə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iyulun 12-də TÜRKPA Katibliyinin inzibati binasına gəlib.

12 iyul 2023    18:49

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.