Ana səhifə  /  XƏBƏRLƏR
310

Aqrar siyasət komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Heydər Əliyevə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.

19 sentyabr 2023    15:06
410

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclasın gündəliyinə daxil edilən məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

18 sentyabr 2023    18:07
447

Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib.

18 sentyabr 2023    16:24
223

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcəkdir.

15 sentyabr 2023    12:09
212

AŞPA komitəsinin iclasında

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək.

15 sentyabr 2023    11:58
391

Milli Məclisin sədri Sahibə Qafarova Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Katalin Novak, ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

14 sentyabr 2023    22:50
356

Bolqarıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edib.

13 sentyabr 2023    11:35

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.