Ana səhifə  /  XƏBƏRLƏR
684

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatı

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının alınması istiqamətində tövsiyələrini hazırlayır.

28 yanvar 2025    19:02
649

Toponimiya komissiyasının iclasında

Yanvarın 27-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb.

27 yanvar 2025    14:12
830

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.

24 yanvar 2025    16:25
895

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əli Hüseynli yeni sessiyadakı fəaliyyətlərində komitə üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

24 yanvar 2025    14:09
1054

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Yanvarın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Arzu Nağıyev yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

23 yanvar 2025    18:27
930

Elm və təhsil komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 23-də Milli Məclisin Elm və təhsil komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Anar İsgəndərov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

23 yanvar 2025    16:08
863

İnsan hüquqları komitəsinin iclasında

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.

23 yanvar 2025    13:03
862

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov bu sessiyanın məhsuldar olacağını deyib və komitə üzvlərinə uğurlar diləyib. O, iclasın gündəliyində 10 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və birinci oxunuşda bir sıra qanun layihələrinin olduğunu söyləyib.

22 yanvar 2025    17:50
666

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

22 yanvar 2025    16:56
437

ATƏT PA-nın Büro iclasında

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

22 yanvar 2025    13:55

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.