Milli Məclisdə ATƏT PA prezidenti ilə görüş
Sentyabrın 3-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT PA-nın prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüblər.
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib.
Milli Məclisin komitə sədri Səməd Seyidov ATƏT PA-nın prezidenti ilə görüşüb
Sentyabrın 3-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 3-də Cenevrədə BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Beynəlxalq konfransda
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və deputat Səbinə Xasayeva Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında iştirak etmək məqsədilə sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcəklər.
Milli Məclisin sədri Sahibə Qafarovanın İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb
Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Kamerun Respublikasının Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Kamerun Respublikasının Baş naziri Jozef Dion Nqyutla görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Qana Respublikasının Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Qana Respublikasının Prezidenti Con Dramani Mahama ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri xanım Xalida Bufedeç ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Serbiya Respublikası Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri tədbirdə çıxış edib.
Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Uqanda Respublikasının Vitse-prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 31-də Uqanda Respublikasının Vitse-prezidenti xanım Cessika Alupo ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Mozambik Respublikasının Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 31-də Mozambik Respublikasının Baş naziri xanım Maria Benvinda Levi ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının Baş prokuroru ilə görüşüb
Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Pnompen şəhərində keçirilən “Sülh və ümumi rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həlli” mövzusuna həsr olunmuş İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb.
Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə Parlamentlərarası Sədrlər Konfransının 2-ci iclasında iştirak etmək üçün avqustun 25-də Kamboca Krallığının paytaxtı Pnompen şəhərinə səfər edəcək.
Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” proqramında iştirak etmək məqsədilə avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edəcək.

