Ana səhifə  /  XƏBƏRLƏR
308

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Martın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin nümayəndə heyəti ilə görüşü keçirilib.

01 mart 2024    20:00
465

Regional məsələlər komitəsinin iclasında

Martın 1-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov gündəliyə 3 məsələnin - “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrinin daxil edildiyini deyib. O, qeyd edib ki, hər üç qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunub.

01 mart 2024    14:58
347

İnsan hüquqları komitəsinin iclasında

Fevralın 29-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.

29 fevral 2024    17:29
338

Avropa Parlamentinin 2024-cü il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə əlaqədar qəbul edilən illik hesabatına Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2024-cü il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda öz əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız və laqeyd fikirləri kəskin şəkildə qınayır və onlara qətiyyətlə etirazını bildirir.

29 fevral 2024    15:03
331

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, gündəliyə 2 məsələ – “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

28 fevral 2024    17:57
377

Səhiyyə komitəsinin iclasında

Fevralın 27-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin daxil edildiyini bildirib.

27 fevral 2024    17:26
303

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) Beynəlxalq Katibliyi adından Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) məktub ünvanlanıb

QDİƏTPA-nın vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasis AŞPA prezidenti Teodoros Rusopulosa QDİƏTPA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar.

27 fevral 2024    12:30
250

Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri AŞPA-nın sədrinə məktub ünvanlayıb

Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

26 fevral 2024    19:11
225

Milli Məclisdə dinləmə keçiriləcək

Fevralın 28-də Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

26 fevral 2024    17:12
381

Milli Məclisin sədri Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam və Şri-Lanka Demokrtaik Sosialist Respublikası Parlamentinin sədri Mahinda Yapa Abeyvardana ilə görüşlər keçirib.

23 fevral 2024    20:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.