Ana səhifə  /  XƏBƏRLƏR
521

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti mayın 16-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

16 may 2022    13:34
685

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək

Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək. Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

14 may 2022    16:34
502

Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

14 may 2022    11:00
1539

Milli Məclisin plenar iclasında

Mayın 13-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova, əvvəlcə Milli Məclisin nümayəndə heyətinin İsveçrə Konfederasiyasına mayın 9-dan 11-dək davam etmiş rəsmi səfəri barədə məlumat verib.

13 may 2022    18:58
1033

Əmək və sosial siyasət komitəsinin iclasında

Mayın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Onlayn iclası açan komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

11 may 2022    17:55
800

Azərbaycanla Şimali Makedoniya arasında əlaqələr inkişaf edir

Mayın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Makedoniya Türk Demokrat Partiyasının sədri, millət vəkili Baycan İlyas və Partiyanın sədr müavini, Şimali Makedoniyanın əmək və sosial siyasət nazirinin müavini Enver Hüseyin ilə görüşüb.

11 may 2022    16:28

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.