Ana səhifə  /  XƏBƏRLƏR
1275

Milli Məclisin iclasında

Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olub.

25 aprel 2023    18:05
400

Deputatlarımız Özbəkistana səfər edəcəklər

Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

25 aprel 2023    10:29
404

Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlaması

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir.

24 aprel 2023    17:55
742

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb


Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

21 aprel 2023    21:32
363

Koreyalı parlamentarilərlə görüşdə

Aprelin 20-də Milli Məclisin sədr müavini Fəzail İbrahimli Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

20 aprel 2023    16:51
434

AŞPA-nın yaz sessiyasında

Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

20 aprel 2023    11:15
388

Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək

Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

17 aprel 2023    12:50

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.