Ana səhifə  /  XƏBƏRLƏR
304

İnsan hüquqları komitəsinin iclasında

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.

23 yanvar 2025    13:03
280

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov bu sessiyanın məhsuldar olacağını deyib və komitə üzvlərinə uğurlar diləyib. O, iclasın gündəliyində 10 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və birinci oxunuşda bir sıra qanun layihələrinin olduğunu söyləyib.

22 yanvar 2025    17:50
239

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

22 yanvar 2025    16:56
142

ATƏT PA-nın Büro iclasında

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

22 yanvar 2025    13:55
273

Səhiyyə komitəsinin iclasında

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov yeni sessiya münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara işlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyində 3 məsələnin olduğunu deyib.

21 yanvar 2025    16:06
279

Mədəniyyət komitəsinin iclasında

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Polad Bülbüloğlu yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib.

16 yanvar 2025    15:22

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.