Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
09 iyul 2021   
    

09 iyul 2021

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333) 10.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.Birinci cümlədə “Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən” sözləri “Ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə işləyən və ya təcrübə keçən” sözləri ilə əvəz edilsin;
2.Ikinci cümlədə “şəxsiyyət vəsiqəsi” sözləri “şəxsiyyət sənədi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “gəmiyə” sözündən əvvəl “ticarət gəmiçiliyi məqsədilə istifadə edilən” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU