Azərbaycan Respublikası Milli Məclisi Sədrinin Sərəncamı

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ

SƏRƏNCAM

№ 222-VI

Bakı şəhəri                                                                        06 aprel 2022-ci il

 

“Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə

Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi sədrinin Sərəncamında dəyişiklik edilməsi barədə


“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi sədrinin Sərəncamının 1-ci hissəsində “Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman, Elm və təhsil komitələrinin üzvü” sözləri “Soltan Teymur oğlu Məmmədov - Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü” sözləri ilə əvəz edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 

Sədr                                                                    Sahibə Qafarova

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ

SƏRƏNCAM

№ 179-VI

       Bakı şəhəri                                                                                     15 iyul 2021-ci il

 

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

 1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilsinlər:

 

  Hüseynli Əli Məhəmməd oğlu

-

 Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri;

  Həsənova Afət Əbil qızı

-

 Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Elm və təhsil  komitələrinin və İntizam komissiyasının üzvü;

  Seyidzadə Şahin Kamil oğlu

-

 Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman, Elm və təhsil komitələrinin üzvü;

  Səfərov Nizami Abdulla oğlu

-

 Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin və İntizam komissiyasının üzvü;

  Mirzəyev Səfa Abbas oğlu

-

 Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;

  Hüseynli Ülvi Mötəbər oğlu

-

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri.

 

2. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” 06 mart 2018-ci il tarixli 147-V saylı Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

 

Sədr                                                             Sahibə Qafarova

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU