Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
181

Elm və təhsil komitəsinin iclasında

Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev iclası açaraq bildirib ki, dünən Mərkəzi Seçki Komissiyası ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinin nəticələrini təsdiq edib.

12 fevral 2024    12:26
197

Səhiyyə komitəsinin iclasında

Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

18 yanvar 2024    15:06
152

Gənclər və idman komitəsinin iclasında

Yanvarın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Onlayn keçirilən tədbiri açan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

18 yanvar 2024    14:37
286

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, ölkəmiz 7 fevral Prezident seçkiləri ərəfəsindədir. Bu seçkilər ölkəmiz üçün mühüm siyasi hadisə olmaqla yanaşı, həm də Azərbaycanda yeni mərhələnin başlanğıcı olacaq. Komitə sədri qarşıdan gələn seçkilərin uğurlu keçəcəyinə inamını ifadə edib və xalqımıza uğurlar arzulayıb.

18 yanvar 2024    12:55
167

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyinə 4 məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın, komitənin 2024-cü il yaz sessiyası üçün iş planının və iki qanun layihəsinin daxil edildiyini söyləyib.

17 yanvar 2024    16:05
218

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yanvarın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

16 yanvar 2024    14:59
296

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Dekabrın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib.

26 dekabr 2023    12:52
264

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Hicran Hüseynova gündəliyə 2 məsələnin - “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin daxil edildiyini söyləyib.

21 dekabr 2023    18:02
187

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin – “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) daxil edildiyini deyib.

18 dekabr 2023    12:25

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.