Milli Məclisin iclasında

20 dekabr 2021  20:13

Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 34 məsələnin daxil edildiyini bildirib.

Milli Məclisin növbəti plenar iclası keçirilib

14 dekabr 2021  19:18

Dekabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin dekabrın 8-dən 10-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib. Bildirib ki, səfərin məramı İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək idi. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi tədbir "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunmuşdu.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.