
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.